Millimizin rəqiblərinin oyununda insident (VİDEO)
"Avro-2016"nın seçmə mərhələsində millimizin qrupunda keçirilən Bolqarıstan - Xorvatiya oyununda azarkeşlər arasında insident yaşanıb.
Qol.Az-ın məlumatına görə, bolqar azarkeşlərin xorvatların olduğu tribunaya yad əşyalar atmasından sonra ara qarışıb.
Yalnız polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. Oyun isə 1:0 hesabı ilə Xorvatiyanın xeyrinə başa çatıb.