"Neftçi" "Qaradağ Lökbatan"a qalib gəldi (FOTOLAR)

"Neftçi" "Qaradağ Lökbatan"a qalib gəldi (FOTOLAR)
XƏBƏR 7 Oktyabr 2014 / 00:01 4387
-  A +

“Neftçi” klubu Premyer Liqada yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
 
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüş “Neftçi”nin 4:1 hesablı qələbəsi ilə nəticələnib. 

"Ağ-qaralar"ın qollarından ikisini Ruslan Qurbanov, ikisini isə Nikolas Kanales vurub. Baş məşqçi Arif Əsədovun daha çox gənc futbolçulara şans verdiyi oyunda R.Qurbanov və N.Kanales hərəyə bir dəfə penalti zərbəsindən yararlana bilməyiblər.




















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq