"Üç gün ərzində hansısa dəyişiklik ola bilməz. Ancaq "Qarabağ"la oyuna yaxşı hazırlaşmışıq. Onları analiz etmişik".
Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
Komandada olan problemlərdən danışan təcrübəli mütəxəssis "Qarabağ"la görüşdə fərqli oyun sərgiləyəcəklərini bildirib: "Kalyari" ilə oyun komandada problemlərin olduğunu göstərdi. Ancaq biz həmin məğlubiyyətin təsadüfi olduğunu sübut etməliyik. "İnter"də lider yoxdur" fikri ilə razı deyiləm. Komandada xeyli təcrübəli futbolçumuz var. Vidiç kapitan olmaq istəyərdi. Lakin o, komanda yoldaşlarının dəstəyini görmədi.
Bir neçə futbolçumuz zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək. Bununla belə, "İnter" təcrübəli komandadır. Hazırda bütün diqqətimi "Qarabağ"la oyuna yönəltmişəm. "Kalyari" ilə müqayisədə onlara qarşı fərqli oyun nümayiş etdirəcəyik. "Qarabağ" az tanınmış olsa da, hazırda yaxşı formadadır. Bu görüşdə qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Sarri qovula bilər
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"