"İki fərqli hissə izlədik. Komandam ilk hissədə daha yaxşı oynadı. Üstünlük bizdə idi. Amma ikinci hissədə səhvlər etdik”.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov “Simurq”a məğlub olduqları (2:3) oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
Gənc çalışdırıcı futbolçularından ciddi şəkildə narazılığını ifadə edib: “ Əvəzetmədən meydançaya çıxan oyunçular heç nə ilə yadda qalmadılar. Həmin futbolçularla ciddi söhbət edəcəyəm. Bizim gənclərimizin düşüncəsi fərqlidir. Onlar bu günlə yaşayırlar, gələcəyi düşünmürlər. Belə olmaz. Futbol belə oynanılmır".
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi