"Biz qələbəni "Qarabağ"dan çox istəyirik" - Arif Əsədov

"Biz qələbəni  "Qarabağ"dan çox istəyirik" - Arif Əsədov
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2014 / 13:43 4284
-  A +

"Neftçi"nin "Qarabağ"la oyunu həmişə gərgin keçir. İnanıram ki, bu dəfə də maraqlı qarşılaşmanın şahidi olacağıq.  Hər iki komanda meydana yalnız qələbə üçün çıxacaq. Buna görə də azarkeşlər oyundan zövq alacaqlar".

Qol.Az saytına açıqlamasında bu sözləri "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Premyer Liqamızın 7-ci turunda "Qarabağ"la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Rəqib haqda xoş sözlər söyləyən Əsədov hər iki komandanın bir-birinə hörmətə yanaşdığını bildirib: "Qarabağ" hazırda yaxşı formada olan komandalardandır. Uzun müddətdir ki, eyni heyətlə çıxış edirlər . Son vaxtlar isə daha baxımlı oyun sərgilədiklərini görürük. İstəməzdim ki, indidən oyun planımızdan danışım. Vəziyyətdən asılı olaraq  taktikalarımızdan istifadə edəcəyik. Əlbəttə, "Qarabağ"a hörmətlə yanaşırıq. Bilirik ki, rəqib də bizə hörmət edir. "Qarabağ"ın güclü cəhətlərini nəzərə alıb, öz oyunumuzu quracağıq. Düşünürəm ki, onlar da bizə qarşı müəyyən plan hazırlayıblar".

A.Əsədov sabahkı oyunda komandaların şanslarını bərabər hesab etdiyini vurğulayəb: "Hər iki komanda Bakıda oynayır. Buna görə də meydan sahibi ifadəsi bir qədər düzgün sayılmır. Ancaq biz "Qarabağ"ı qəbul edəcəyik. Bu səbəbdən biz qələbəni daha çox istəyirik".

Daha çox


Son xəbərlər