"Neftçi" ilə oyuna necə laqeyd yanaşa bilərik?"

"Neftçi" ilə oyuna necə laqeyd yanaşa bilərik?"
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2014 / 19:00 4594
-  A +

"Neftçi" ilə oyunlarımız həmişə maraqlı və gərgin keçib. Matça ciddi şəkildə hazırlaşırq. İnanıram ki, bu dəfə də azarkeşlər baxımlı oyundan zövq alacaq. "Neftçi" və "Qarabağ" Azərbaycanın ən köklü klublarıdır. Buna görə də çempionatın ən maraqlı oyunları məhz bu iki komanda arasında olur".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun futbolçusu Namiq Yusifov Premyer Liqamızın 7-ci turunda "Neftçi" ilə keçiriləcək oyun haqda danışarkən deyib.

Təcrübəli yarımmüdafiəçi "Qarabağ"ın braziliyalı futbolçuları Çumbinyo və Danilo Diasın zədə səbəbindən "Neftçi" ilə oyunu buraxmasını komandası üçün itki hesab etsə də, bunun problem yaratmayacağını qeyd edib:

"Əlbəttə ki, heyətimizdə ciddi itkilər var. Ancaq istənilən halda biz meydana qələbə üçün çıxacağıq. Bizim kifayət qədər geniş heyətimiz var. Bir-iki futbolçumuzun zədələnməsi bizə problem yaratmamalıdır. Yəni itkilərimizin olmağı yaxşı nəticə qazanmaq şansımızı azaltmayacaq".
 
Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində oktyabrın 2-də səfərdə İtaliya "İnter"i ilə qarşılaşacaq. Komandanın vitse-kapitanı "İnter"lə oyuna görə "Neftçi" ilə görüşə az əhəmiyyət verəcəkləri haqda deyilən fikirlərə də münasibət bildirib: "Neftçi" ilə oyuna necə laqeyd yanaşa bilərik? Bilirsiniz ki, Avroliqaya yol ölkə çempionatından keçir. Biz həmişə Premyer Liqanın oyunlarını ön plana çəkmişik. "İnter"lə oyunöncəsi yaxşı nəticə qazanmağımız vacibdir. Buna görə də deyilənlərin əksinə olaraq yalnız "Neftçi" qalib gəlməyi düşünürük. İndidən çempionatda rəqiblərdən geri düşsək, sonra çox əziyyət çəkərik".

Daha çox


Son xəbərlər