"Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina mətbuatına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, qolkiper "Qarabağ"a keçidi, komandasının Avropa Liqasındakı çıxışı və Azərbaycan mətbəxi haqda danışıb.
- "Qarabağ"a keçidin necə reallaşdı?
- Azərbaycanla yanaşı, Polşadan təklif almışdım. İlk baxışdan təklif olunan şərtlərin təmin olunacağına inanmadım. Çünki Azərbaycan haqda çox az məlumata malik idim. Ancaq layihə mənə qane etdi və Bakıya getdim. Düşünürəm ki, seçimimdə səhv etməmişəm. Ötən mövsümü çempion kimi başa vurduq. Çempionatda ən çox qol vurduq və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. "Zalsburq"la oyunlarımız yaddaqalan oldu. "Tvente" ilə oyunda rəqibə şans vermədik. Öz gücümüzə inanırdıq.
- "Qarabağ"dan Avropa Liqasında nə gözləmək olar ?
- Qrupda nələr olacağı hələlik bəlli deyil. Çünki biz İtaliyada və Avropada çempionluqlar yaşamış “İnter” kimi nəhəng kluba qarşı oynayacağıq. İlk oyunda “Sent-Etyen”i (0:0) məğlub edə bilərdik. Eybi yox. İndi biz Milanda yaxşı çıxış etməklə oyunumuzdan zövq almaq istəyirik. Orada güclü komanda olduğumuzu sübut etməliyik.
- Azərbaycanda yaşayış necədir?
- Bakı böyük şəhərdi. Burada xarici investorlar çoxdur. Əsl meqapolisdir. Amma ölkənin digər şəhərləri inkişaf cəhətdən Bakıdan geridə qalır. Oradakı insanlar əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurlar.
- Bakıdan kənarda olduqda ora üçün darıxırsız?
- Bəli. Çünki Bakıda dostlarım və ailəm var. Artıq oradakı həyata öyrəşmişəm. Ancaq hər gün də Sarayevaya gəlib, dostlarımı və ailəmi görmək istəyirəm.
- Azərbaycanın mətbəxi haqda nə deyə bilərsən?
- Azərbaycan mətbəxinin özünə məxsusluğu var və Türkiyədəkinə oxşayır. Orada Fransa və İtaliya yeməkləri də tapmaq mümkündür. Hətta Balkan yeməkləri hazırlayan bir yer də tanıyıram. Amma oradakı küftələr Sarayevadakı kimi yaxşı deyil.
- Bəs qızlar?
- Azərbaycana qızlara baxmağa yox, futbol oynamağa gəlmişəm. Həm də mənim sevgilim var və başqalarına baxmaq istəmirəm.
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi