“Neftçi” güclüdür, amma biz iki xal itirdik” – Munteanu

“Neftçi” güclüdür, amma biz iki xal itirdik” – Munteanu
ÖLKƏ FUTBOLU 21 Sentyabr 2014 / 20:27 3732
-  A +

Bu gün Premyer Liqanın VI turunda keçirilən “Qəbələ” – “Neftçi” oyundan (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Dorinel Munteanu görüşlə bağlı fikirlərini bildirib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o deyib ki, ilk növbədə bütün futbolçularınə yaxşı oyun münasibəti ilə təbrik edir.

“Onlar çox çalışdılar. Etiraf etməliyəm ki, “Neftçi” çox güclü komandadır. Rəqibin fərdi keyfiyyətləri yüksək olan futbolçuları çoxdur. Amma hesab edirəm ki, biz bu oyunda bir xal qazanmadıq, iki xal itirdik”.

Daha çox


Son xəbərlər