Avropa çempionatının qrup mərhələsinin üç oyunu və 1/4 finalın bir matçı Azərbaycanda olacaq
Bu gün "Avro-2020"yə ev sahibliyi edəcək şəhərlərin adlarına aydınlıq gəlib.
Qol.Az-ın məlumatına görə, sözügedən yarışı qəbul edəcək 13 şəhərin adı UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçirilən iclasından sonra açıqlanıb. Turniri qəbul etməyə 19 ölkə namizəd ölkələr arasında Bakı ilə təmsil olunan Azərbaycan da var idi. Paytaxtımız "Avro-2020"ni qəbul edəcək 13 şəhər arasında olub. Azərbaycan qrup mərhələsinin üç oyununu və 1/4 final mərhələsinin bir matçını qəbul edəcək.
Çempionatın final mərhələsinin matçları ilk dəfə olaraq Avropanın 13 şəhərində keçiriləcək. Belə ki, turnirin yarımfinal və final matçları bir şəhərdə təşkil olunacaq. Qalan şəhər və stadionlarda isə qrup, 1/8 final və 1/4 final oyunlarının keçirilməsi nəzərdə tutulub. “Avro-2016”da olduğu kimi “Avro-2020”nin final mərhələsində də 24 yığmağının iştirakı gözlənilir.
Yarımfinal və final görüşlərinin keçirilməsi uğrunda əsasən London və Münhen şəhərləri mübarizə aparıb. Almaniyanın bütün diqqətini "Avro-2024"ün ev sahibliyini qəbul etməsinə yönəltməsi "Avro-2020"nin yarımfinal və final matçlarının Londonda keçirilmə şanslarını artırırdı ki, belə də olub. "Avro-2020"nin yarımfinal və final oyunlarının Londonda keçirilməsi rəsmən açıqlanıb.
Avro-2020-nin oyunlarının keçiriləcəyi bütün şəhərlərin siyahısını diqqətinizə çatdırırıq:
İngiltərə/London – 1/2 finallar və final
Azərbaycan/Bakı – 3 qrup oyunu, 1 1/4 final oyunu
Almaniya/Münxen – 3 qrup oyunu, 1 1/4 final oyunu
İtaliya/Roma – 3 qrup oyunu, 1 1/4 final oyunu
Rusiya/Sankt-Peterburq – 3 qrup oyunu, 1 1/4 final oyunu
Belçika/Brüssel - 3 qrup oyunu, 1 1/8 final oyunu
Danimarka/Kopenhagen - 3 qrup oyunu, 1 1/8 final oyunu
Macarıstan/Budapeşt - 3 qrup oyunu, 1 1/8 final oyunu
Hollandiya/Amsterdam - 3 qrup oyunu, 1 1/8 final oyunu
İrlandiya/Dublin - 3 qrup oyunu, 1 1/8 final oyunu
Rumıniya/Buxarest - 3 qrup oyunu, 1 1/8 final oyunu
Şotlandiya/Qlazqo - 3 qrup oyunu, 1 1/8 final oyunu
İspaniya/Bilbao - 3 qrup oyunu, 1 1/8 final oyunu
"Avro-2020"yə digər namizəd şəhərlər - Minsk (Belarus), Sofiya (Bolqarıstan), Skopye (Makedoniya), Yerusalim (İsrail), Stokholm (İsveç) və Kardif (Uels) isə lazımi səsi toplaya bilməyiblər.
Əlavə edək ki, Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranları İsgəndər Cavadov, İqor Ponomaryov və digər şəxslər təmsil edib.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi