"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə matçdan (0:0) sonra mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, azarkeşlərə və komandasına təşəkkür edən 42 yaşlı mütəxəss oyunda sadəcə qolun çatışmadığını deyib.
- Məncə, bu oyunda yalnız qol çatışmadı. Sonadək mübarizə apardıq və hücumda oynamağa çalışdıq. Ən çox razı qaldığım müdafiə xəttimiz oldu. Rəqibin də yaxşı müdafiə xətti vardı. Sadəcə, bir qol çatışmadı. Çox istərdim ki, azarkeşlərimiz də sevinsin. Bu, həm mənim, həm də futbolçularım üçün ilk təcrübə idi. Komandamın hər bir üzvünə və azarkeşlərə minnətdaram. Stadionda bayrağımızın dalğalanması da bizə bir güc idi.
- Rəqib komandanın baş məşqçisi Qaltye hücum futbolu oynadıqlarını dedi...
- Məncə, hücumda olan tərəf daha çox biz idik.
- Bu oyuna bir xal üçün köklənmişdiniz, yoxsa qələbə?
- Qazandığımız xal bizim xeyrimizədir. Belə əzmkarlıq olsa, 1 xalı 3 xal edərik. İlk növbədə uduzmamağa, sonra da qalib gəlməyə çalışırıq. Bir xalı şişirtmək də istəmirəm. Sadəcə, oyunumuzdan və rəqibə boşluq verməməyimizdən razı qaldım.
- Oyundan öncə komandanızın potensialı haqda nə fikirləşirdiniz, sonra nə fikirləşdiniz?
- Bizim çempionatımız orta səviyyəlidir. Fransa çempionatının komandasına qarşı oynadıqdan sonra bu liqanın potensialını da bildik. Get-gedə daha yaxşı nəticələr göstərməyə çalışacağıq.
- Artıq Avroliqada kifayət qədər oyun keçirmisiniz. Yenə də təcrübəyə ehtiyac hiss edirsiniz?
- 10 il də oynasaq, təcrübəyə ehtiyacımız var. Hər bir futbolçu və məşqçi yeni-yeni fikirlərini ortaya qoyur.
- Müdafiə xəttindən razı qaldığınızı dediniz. Amma arxa xətt oyunçuları müxtəlif sayda səhvlərə yol verdilər...
- Mən rəqibi kifayət qədər ciddi sayıram. Müdafiə təkcə müdafiəçilərdən ibarət deyil, həm də müdafiə xəttindəki oyundur. Top itkisi hər görüşdə olur. Belə rəqibə qarşı oyunda itkilər normal haldır. Mənim üçün vacib olanı top itkisindən sonra necə görünmək idi.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi