“Qarabağ” haqda demək olar ki, məlumatımız yoxdur”. Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sent-Etyen” klubunun yarımmüdafiəçisi Ceremi Kliment deyib.
Sentyabrın 18-də Bakıda “Qarabağ”la “Sent-Etyen” arasında Avropa Liqasının qrup mərhələsinin oyunu keçiriləcək.
Bu matç ərəfəsində “Sent-Etyen” Fransa çempionatında “Kan”a 1:0 hesabı ilə qalib gəlib. C.Kliment bildirib ki, komandası bu oyunda qələbəyə layiq olub. “Bu görüşdə qələbə bizə vacib idi. Onu da əldə etdik”.
O, bu həftə qarşılaçacaqları “Qarabağ” haqda çox danışmayıb.
“Bu komandanı tanımıram, heç bir məlumatım yoxdur. Bircə onu bilirəm ki, Azərbaycanı təmsil edir. Ora isə təyyarə beş saata gedir. Üçüncü günü səhər Bakıya gedirik. Bundan sonra necə olacağını isə oyunda görəcəyik” – deyə C.Kliment bildirib.
Qavi geri dönür
"Atletiko"da itki
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi