Dieqo Kosta avqustun ən yaxşı futbolçusu oldu

Dieqo Kosta avqustun ən yaxşı futbolçusu oldu
DÜNYA FUTBOLU 12 Sentyabr 2014 / 14:28 3190
-  A +

"Çelsi"nin yeni transferi Dieqo Kosta İngiltərədə ilk mükafatını qazanıb.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı hücumçu İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.

D.Kosta bu uğuru komanda yoldaşlarının köməyi ilə qazandığını deyib: "Ötən ayın ən yaxşı futbolçusu seçildiyim üçün çox xoşbəxtəm".

Qeyd edək ki, D.Kosta ötən ay oynadığı üç matçda dörd qol vurub.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner