“Xəzər Lənkəran” rəhbərliyi öz işinə nə qədər qeyri-ciddi yanaşdığını növbəti dəfə nümayiş etdirdi. Bu, komanda.az saytında “Neftçi”nin istefaya göndərdiyi Böyükağa Hacıyevlə bağlı sorğudan sonra üzə çıxdı. Əvvəlcə gəlin həmin sorğu ilə tanış olaq. Jurnalist Premyer Liqamızda yarışan klubların rəsmilərinə sual edib ki, “siz Hacıyevlə işləməkdə maraqlısınız, ya yox?”
Bütün cavablarda B.Hacıyevə hörmət ifadə olunub, amma eyni zamanda klub nümayəndələrinin hamısı deyib ki, bizim özümüzün baş məşqçimiz var, ona görə də bu haqda indidən nədə demək doğru olmaz. Amma bir tək “Xəzər Lənkəran” rəhbərliyi qeyri-peşəkarlığını ortaya qoyub. Klubun vitse-prezidenti Tuyqun Nadirovun açıqlamasını olduğu kimi təqdim edirik: “Böyükağa Hacıyev? Niyə də olmasın? Hər bir klub həm ölkə daxilində, həm də ölkə xaricində uğur qazanmış məşqçiylə çalışmaq istəyər. Ancaq bu barədə qərarları mən yox, klubun prezidenti və fəxri prezidenti verir. Onlar istədikdən sonra Böyükağa Hacıyevlə çalışa bilərik”.
Bəli, T.Nadirov da Hacıyevə hörmətini ifadə edir, amma eyni zamanda nəyə görəsə, digər klub nümayəndələri kimi “bizim öz baş məşqçimiz var” sözlərini demir, ya da sadəcə, demək istəmir!
Çempionluğa iddialı bir klubun rəhbərliyinin bu açıqlaması birbaşa komandanın hazırkı baş məşqçisi Oğuz Çətinə qarşı hörmətsizliyin göstəricisidir. Sual yaranır: öz baş məşqin ola-ola digər baş məşqçiylə çalışmaq istəyərik kimi açıqlama vermək hansı mənəvi və peşəkar dəyərlərə uyğun gəlir?
Çempionatda hələ cəmi dörd turu arxada qalıb, “Xəzər Lənkəran” bir komanda kimi indi-indi özünə gəlmək istəyir, son turda “İnter” kimi komandaya qalib gəliblər və belə bir vaxtda, klubun vitse-prezidenti bu cür biabırçı açıqlama verir. Bu isə təkcə Tuyqun Nadirovun deyil, başda Mais Mənsimov olmaqla, “Xəzər Lənkəran” rəhbərliyinin bugünə qədər öz məşqçilərinə əsl münasibətinin, olmayan hörmətinin göstəricisi sayıla bilər.
Təbii ki, Böyükağa Hacıyevi heç kim “Xəzər Lənkəran”a gətirmir və gətirməyəcək. Amma görünür, “Xəzər Lənkəran”ın rəhbərliyi indidən məşqçi dəyişmək fikrinə düşüb və ilin axırına qədər Oğuz Çətini istefaya göndərib, yerinə Böyükağa Hacıyev də olmasa, bir başqa məşqçini gətirəcəklər. Axı, “Xəzər Lənkəran”ın prezidenti və onun bütün tapşırıqlarını can-başla icra edən vitse-prezidenti futbol işində olmasa da, məşqçi qovmaq üzrə “peşəkarlaşıblar”. Son 5-6 ildə “Xəzər Lənkəran”a o qədər səviyyəli və səviyyəsiz məşqçi gətirilib ki, onların sayı hesabı da itib. Görmüsünüz ki, son illər hansısa məşqçi çox yox, cəmi bir il bu komandada işləsin? Əlbəttə, yox...
Çünki Mais Mənsimovla Tuyqun Nadirov klubu məhz bu prinsiplərlə idarə ediblər. Öz baş məşqçiləri ola-ola başqa birini komandaya gətirmək fikrinə düşmək və bunu mediaya açıq şəkildə bəyan etmək Azərbaycanda yalnız “Xəzər Lənkəran” rəhbərliyinə xasdır ki, biz də bunu Tuyqun Nadirovun bugünkü açıqlamasında bir daha gördük.
Elgün MƏMMƏDOV
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı
"Sabah"ı lider edən qələbə - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki