"Qarabağ" klubunun müdafiəçisi Ansi Aqolli Qol.Az saytına müsahibə verib. Albaniyalı futbolçu yığmasının "Avro-2016"da uğurlu startını, "Qarabağ"ın Premyer Liqadakı çıxışını dəyərləndirib. Aqolli eyni zamanda komandasının Avropa Liqasının qrup mərhələsində keçirəcəyi oyunlara da toxunub.
- Şərəfini qoruduğun Albaniya millisi "Avro-2016"nın seçmə mərhələsinə qələbə ilə başladı. Komandan səfərdə güclü Portuqaliya yığmasını 1:0 hesabı ilə məğlub etdi. Oyunla bağlı təəssüratlarını öyrənək...
- Bəli, "Avro-2016"da startımız uğurlu alındı. Təbii ki, Portuqaliya ilə oyundan 3 xalla ayrılmaq bizim üçün çox vacib idi. Bunu bacardığımız üçün şadam. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq.
- Azərbaycan millisinin "Avro-2016"nın seçmə mərhələsində qarşılaşdığı Bolqarıstanla oyunu (1:2) necə, izlədin?
- Bəli, izlədim. Məncə, Azərbaycan millisi Bolqarıstandan daha yaxşı oynadı. Qol vurmaq üçün bir neçə imkanınız olsa da, bundan yararlana bilmədiniz. Məlum məsələdir ki, futbolda qol vuran komanda qələbə qazanır. Növbəti oyunlarda komandanızın qələbə qazanmasını arzulayıram.
- Səncə, millimiz digər rəqiblərini Bakıda məğlub edə bilər? Məsələn, Malta, Norveç və Xorvatiyanı.
- Düşünürəm ki, yığmanız Xorvatiyanı yox, amma Malta və Norveçi məğlub edə bilər. Çünki həmin komandalar hazırda istənilən səviyyədə deyil. Xorvatiya millisi isə çox güclüdür.
- Bir qədər də "Qarabağ" haqda danışaq. Komandan yeni mövsümə heç də yaxşı başlamadı. Premyer Liqada geridə qalan 3 turdan sonra "Qarabağ" 2 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb...
- Bu, bizim üçün problem deyil. Ötən ay üç gündən-bir oyuna çıxdıq. Daha çox avrokubok oyunlarına köklənmişdik. Bu səbəbdən istədiyimiz nəticəni əldə edə bilmədik. Tezliklə geri dönüş edərək istədiyimiz pillədə qərarlaşacağıq.
- Premyer Liqanın 5-ci turunda səfərdə AZAL-la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsən?
- AZAL güclü komandadır. Onlara qarşı oyunumuz çətin keçəcək. Lakin qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik və sonadək mübarizə aparacağıq.
- "Qarabağ"ın bu mövsüm əsas hədəfi nədir?
- Əlbəttə, çempionluq. İnanıram ki, bu mövsüm də çempion olacağıq.
- Bu mübarizədə əsas rəqib kimi hansı komandaları görürsən?
- "İnter" və "Neftçi"ni fərqləndirərdim. Bu iki komanda daha yaxşı təsir bağışlayır. Ümumiyyətlə, yeni mövsümün daha maraqlı keçəcəyini düşünürəm.
- Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini necə dəyərləndirirsən ?
- Avroliqanın qrup mərhələsində olan bütün komandalar, eləcə də bizim rəqiblərimiz güclüdür. Onlar haqda nəsə deməyə ehtiyac yoxdur.
- Qrup mərhələsində ilk matçınızı evdə "Sent Etyen"ə qarşı keçirəcəksiniz. Bu oyundan nə gözləyirsən?
- Avropa Liqasının ilk matçında emosiyaların böyük olacağını düşünürəm. "Sent Etyen"lə oyun çətin keçəcək. Bu matçda ən yaxşı oyunumuzu göstərməklə yaxşı nəticə qazanmağa çalışacağıq.
- Komandanın qrupdan çıxmaq şanslarını necə görürsən?
- Bu barədə danışmaq tezdir. Bir neçə oyun keçirdikdən sonra bu haqda danışmaq olar.
- Necə düşünürsən, həm Premyer Liqada, həm də avrokuboklarda mübarizə aparmaq "Qarabağ"a çətin olmayacaq ki?
- Əlbəttə, çətin olacaq. Ancaq "Qarabağ"da 25 peşəkar futbolçu var. Əgər hər bir futbolçu uğur qazanmaq üçün meydanda yüz faiz gücünü ortaya qoyarsa, bütün matçlarda yaxşı nəticə qazanacağıq.
Vüsal HÜSEYN
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi