Arda Turan derbidə oynayacaqmı?

Arda Turan derbidə oynayacaqmı?
DÜNYA FUTBOLU 11 Sentyabr 2014 / 13:21 3912
-  A +

"Atletiko"nun futbolçusu Arda Turan İspaniya La Liqasında "Real"la matçda iştirak edəcək.

Qol.Az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, "Avro-2016"nın seçmə mərhələsində İslandiya ilə oyunda 90 dəqiqə meydanda olan Türkiyə millisinin yarımmüdafiəçisi İspaniyaya qayıdıb. Məşqlərə başlayan A.Turanın "Real"la görüşdə oynayacağı bildirilib.

Qeyd edək ki, A.Turan zədə səbəbindən bir müddətdir "Atletiko"ya kömək edə bilmirdi.


Son xəbərlər