Ronaldo derbidə oynayacaqmı?

Ronaldo derbidə oynayacaqmı?
DÜNYA FUTBOLU 10 Sentyabr 2014 / 14:01 5233
-  A +

"Real"ın zədəli futbolçusu Kriştiano Ronaldo komanda ilə ümumi məşqlərə başlayıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən yaydığı xəbərə görə, zədəli olduğu üçün İspaniya La Liqasında "Real Sosyedad"la matçda iştirak etməyən və Portuqaliya millisinə çağırılmayan 29 yaşlı futbolçu artıq özünü yaxşı hiss edir. Ronaldonun La Liqada "Atletiko" ilə matçda meydanda olacağı bildirilir.

Qeyd edək ki, "Real" - "Atletiko" oyunu sentyabrın 13-ü "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.


Son xəbərlər