"Bu, qrupun ən əhəmiyyətli oyunudur"

"Bu, qrupun ən əhəmiyyətli oyunudur"
ÖLKƏ FUTBOLU 9 Sentyabr 2014 / 13:38 3700
-  A +

"Bizi çox çətin oyun gözləyir. Azərbaycanla qarşılaşma qrupun ən əhəmiyyətli matçıdır. Sonrakı oyunlarımızın da hər biri çətin olacaq. Ancaq bügünki görüşün nəticəsi digər oyunlarımıza da təsir edəcək. Ən pis halda heç-heçəyə oynamalıyıq. Komandamız Bakıdakı matça başqa nəticə üçün çıxa bilməz".

Qol.Az-ın məlumatına görə, bu sözləri Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov “AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində bu gün milli komandamıza qarşı keçirəcəkləri oyun haqda fikirlərini açıqlayarkən deyib.

O, Bolqarıstan millisinin heyətindəki itkilər barədə də danışıb. Komandanın iki aparıcı futbolçusunun bügünki oyunu buraxmasına rəğmən, Bakıdan sərfəli nəticə ilə qayıdacaqlarına inandığını bildirib:

"Kapitanımız İvelin Popovun oyunu buraxması bizim üçün böyük zərbə oldu. Bundan başqa aparıcı futbolçularımızdan İvan İvanovun da zədələnməsi işimizi çətinləşdirir. Bununla belə, səfərdən yaxşı nəticə ilə qayıdacağımıza ümid edirəm".


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi