21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert affa.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- İsrail yığması ilə oyundan bir neçə gün keçib. Hansı təəssüratlar var, zaman keçdikcə fərqli görünən məqamlar oldumu?
- Hesab edirəm ki, İsrail yığmasına qarşı komanda xarakter, meydanda gördüyü iş, mübarizə aparmaq baxımından bəlkə də indiyəqədərki ən yaxşı oyununu nümayiş etdirdi. Göstərdiyi oyuna görə komanda üzvlərinə təşəkkürümü bildirmişdim. Lakin ictimaiyyət önündə bunu bir daha etməyi zəruri hesab edirəm. Ancaq bir məsələni də bildirmək istəyirəm. Adətən elə olur ki, bir uğurlu oyundan və həmin matçla bağlı tərifləri eşitdikdən sonra böyük eniş yaşayırıq. Bəlkə də bu, mentalitetlə bağlıdır. İndi əsas istəyimiz odur ki, futbolçular keçmiş oyunla çox yaşamasınlar. Qarşıdakı görüşə tam qüvvəylə hazırlaşsınlar və Avropanın ən yaxşı komandalarından birinə qarşı görüşdən daha yaxşı nəticəylə ayrılaq. Məncə, Portuqaliya yığması Avropa çempionu olmağa ən real namizədlərdən biridir.
- Nəticəyə səfərdəki məğlubiyyətin revanşını almaq istəyi təsir etdimi?
- Sözsüz ki, oyunda revanş çalarları var idi. Çünki birinci qarşılaşmada xoşagəlməz matç və nəticə vardı. Komandada özünü dəyərləndirən hər bir şəxs bu qarşılaşmaya revanş kimi baxmalıydı. Uşaqlar da bu oyuna elə yanaşdılar və indiyə qədər görmədiyim mübarizə əzmi göstərdilər.
- Görüşdən əvvəl əsas qapıçılardan ikisi zədələnmişdi. Bu üzdən qapını Şahruddin Maqomedaliyev qorudu. Onun oyunu barədə fikriniz necədir?
- Sözün düzü, o, mənim üçün əsas seçimlərdən biridir. Oyununu mütəmadi izləyirəm. Çempionatdakı görüşlərində də özünü yaxşı tərəfdən göstərir. İlk matçına çıxdı və əsəblərinə hakim olduğu görünürdü. Sübut etdi ki, ona etimad göstərə bilərik. Heç kim onun istedadına şübhə etməməlidir. Sadəcə, beynəlxalq oyun təcrübəsinə ehtiyacı var.
- Hazırda U-21-in aktivində 7 xal var. Makedoniya yığması ilə hər iki görüşdə, Norveç komandasına qarşı isə Bakıdakı oyunda itirilən xalların dəyəri bu məqamda daha çox hiss olunurmu?
- Makedoniya yığması ilə oyunlardakı nəticəyə görə daha çox təəssüflənirəm. Heyf ki, o qarşılaşmalarda yaxşı nəticə göstərə bilmədik. Norveç yığması ilə görüşə gəlincə, həqiqəti demək lazımdır ki, onlar 70-ci dəqiqədən sonra bacarıqlı komanda kimi özünü göstərdi. Həm də burada başqa amillər də vardı. Bizdə mövsümün sonu idi. Bir çox futbolçular klublarında oynamırdılar. Norveç çempionatında isə 10 tur keçmişdi. Onlar yaxşı formada idilər.
- Portuqaliya yığması ilə oyunun hazırlığı necə gedir?
- Heyətlə bağlı problemlər var. Namiq Ələsgərov bizimlə gələ bilmədi. Tərlan Quliyev isə əsas milliyə çağırıldı ki bu, bizim üçün sevindirici haldır. Özü də bu baxımdan Tərlan yeganə oyunçu deyil. Araz Abdullayev, Elvin Yunuszadə, Qara Qarayev, Emil Balayev də əsas millidədir. İlk iki gün komanda yüngül məşqlər etdi. İndi taktiki hazırlıqlar üzərində işləyirik. Məqsədimiz odur ki, Portuqaliya ilə görüşə komanda tam hazır olsun. Onlar qrupda xal itirməyiblər. Keçirdikləri 7 görüşün hamısında qalib gəliblər. Son iki il yarımda uduzmayıblar. Bizi çox gərgin oyun gözləyir. Üstəlik, komandamızın əsas futbolçularından bir neçəsi yoxdur. Axırıncı görüşdə 1994-cü il təvəllüdlü üç oyunçu ilə meydana çıxdıq. Şahruddin Maqomedaliyev, Taşkın İlter və Azər Salahlı oynayırdılar. Onların sayı daha da arta bilərdi. Əsas odur ki, İsrail yığması ilə matçda olduğu kimi, bu dəfə də futbolçular meydanda əzmkarlıqla oynasınlar. Bu, onlar üçün böyük təcrübədir. Avropanın ən yaxşı komandalarından birinə qarşı səfərdə oynamaq və bacarığını nümayiş etdirmək çox vacibdir. Ümid edirəm ki, futbolçular bizim istədiyimizi nümayiş etdirə biləcəklər. Mümkün qədər yaxşı nəticə göstərməyə çalışacağıq.
- Qələbə qazanılsa, həm özünüz, həm də U-21 rekord miqdarda – 10 xal toplamış olacaq...
- Sözün düzü, mən nəticəyə baxmıram. Ən ümdə məqsəd əsas milliyə futbolçu yetişdirməkdir. Hazırda 5 futbolçu orada çıxış edir. Onların sayının daha çox olmasına çalışırıq.
- Bu, sizin U-21-də son oyununuz olacaq. Geridə qalan 6 il ərzindəki fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Mənə elə gəlir ki, dirçəlişi görməmək mümkün deyil. Öz işimə uzunmüddətli inkişaf prosesi kimi baxırdım. Altı il əvvəl futbolçular belə oynaya bilmirdilər. Onların bacarığı əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədədir. Bu o demək deyil ki, təkcə bizim uğurumuzdur. Klublarda da işlər gedir. Çatışmazlıqlar olsa da, indi inkişaf göz önündədir. Son altı ildəki nəticələr, ümumilikdə, müsbətdir.
- İndi bütün diqqətinizi texniki direktorluğa yönəldəcəksiniz. Bu işdə əsas məqsədləriniz nədir?
- Görməli olduğumuz çox işlər var. Qarşıdan 17 yaşadək futbolçuların Avropa çempionatı gəlir. Məşqçi kursları var. Futbol ədəbiyyatını hazırlamalıyıq ki, bu sahədə işləmək istəyənlərin məlumat ala biləcəyi kitablar olsun. Pro kateqoriyalı kurslar keçirilməlidir. Bundan başqa, klublarda çalışan idman direktorlarının işinə nəzarət eməliyik. Qısa desək, iş çoxdur.
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət