"Azərbaycanlı azarkeşlər önündə oynamaq çox çətin olacaq"

"Azərbaycanlı azarkeşlər önündə oynamaq çox çətin olacaq"
ÖLKƏ FUTBOLU 6 Sentyabr 2014 / 01:08 5536
-  A +

"Avro-2016"nın seçmə mərhələsinin ilk oyunu çərçivəsində Bakıda millimizin qonağı olacaq Bolqarıstan yığmasının müdafiəçisi  Stanislav Manolev qarşıdakı oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, Moskva “Dinamo”sunun futbolçusu ölkəsinin mətbuatına açıqlamasında millimizə qarşı oyunun onlar üçün çox çətin olacağını deyib:

“Azərbaycan millisinin ev oyunlarının videoyazısına baxmışam. Bilirik ki, rəqibimizin çox həvəsli azarkeşləri var. Bunu dəyərləndirməmək olmaz. Buna görə də  Bakıdakı oyun çox çətin olacaq. Bizim futbolçular xarakter göstərməlidir ki, həmin çılğın azarkeşlər önündə qələbə qazana bilək”.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan matçı sentyabrən 9-da keçiriləcək.

Daha çox


Son xəbərlər