"Rusiya ilə oyunda nəticə qazanmaq vacib idi. Biz ora uduzmağa getməmişdik. Ancaq heyətimizdə müəyyən dəyişiklik var idi ki, bu da istədiyimiz oyunu nümayiş etdirməyə imkan vermədi”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın üzvü Vüqar Nadirov yığmamızın Rusiya ilə keçirdiyi yoldaşlıq oyunu (0:4) haqda danışarkən deyib.
“Qarabağ” klubunun hücumçusu acınacaqlı məğlubiyyəti heyətdə olan dəyişikliklərlə bağlayıb: “Baş məşqçimiz əsas heyət üzvlərini qorudu. Onların zədələnməsini istəmədi. İstər-istəməz yoldaşlıq oyununda motivasiya da kifayət qədər olmur. Məncə, baş məşqçimiz Bolqarıstanla oyunu daha çox düşündüyü üçün müəyyən üstün cəhətlərimizdən istifadə etmədi”.
Nadirov sentyabrın 9-da millimizin “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Bakıda Bolqarıstan yığması ilə qarşılaşacağı oyun haqda da danışıb. O qeyd edib ki, Rusiyaya məğlubiyyət Bolqarıstanla oyunöncəsi komandamızda heç bir psixoloji gərginlik yaratmayıb: "Bu, seçmə mərhələdə ilk oyunumuz olacaq. Əvvəldən necə başlasaq, elə də davam edəcəyik. Çalışacağıq ki, qələbə qazanıb, xalqımızı sevindirək. İndi bizi tənqid edirlər. Bolqarıstana qalib gəlsək, həm azarkeşlərin, həm də mətbuatın bizə münasibəti başqa cür olacaq. Hər kəs millimizə inanmalıdır. Əminəm ki, Bolqarıstana qarşı tam fərqli oyun nümayiş etdirəcəyik".
Nadirov Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini də dəyərləndirib: "Rəqiblərimizin üçü də hər kəsə yaxşı məlumdur. İtaliya “İnter”i dünyada tanınan güclü komandadır. “Sent Etyen” və “Dnepr” isə hər zaman öz çempionatlarında sözünü deyən, səviyyəli klublardır. Qrup mərhələsinə çıxan komandaların hamısı yüksək səviyyəli olur. Biz də qrupdayıqsa, rəqiblərimizlə mübarizə aparmaq üçün kifayət qədər gücümüz var. Heç kimdən çəkinmirik. Bizim də öz futbol fəlsəfəmiz var”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi