“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev, klubun rəsmi saytında yazılanların əksinə olaraq, öz xahişi ilə istefa verməyib, istefaya göndərilib.
Qol.Az-ın xəbərinə görə, B.Hacıyev klubun prezidenti Sadıq Sadıqovun istəyi ilə istefa ərizəsi yazıb.
Lakin “Neftçi” klubunun rəhbərliyi B.Hacıyevin guya özünün könüllü şəkildə istefaya getməsi haqda futbol ictimaiyyətinə yalan məlumat verib. Əslində B.Hacıyevin “Neftçi”də qalmaq istəyi çox olub. Lakin Sadıq Sadıqovun tələbindən sonra Hacıyev vəzifəsindən getmək məcburiyyətində qalıb.
Yeri gəlmişkən, B.Hacıyevin öz xahişi ilə tutduğu vəzifəni tərk etmədiyini sübut edəcək başqa bir fakt var. Yadınızdadırsa, hələ ötən həftə Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la cavab görüşündən sonra da Hacıyevin istefası məsələsi gündəmə gəlib. Həmin matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərdən biri B.Hacıyevdən istefa verib-verməyəcəyini soruşub. B.Hacıyev buna cavabında deyib: “İstefa haqda söhbət gedə bilməz. Çünki bu gün “Neftçi”nin pley-offa qədər gəlib çıxması heç də pis nəticə deyil”.
Maraqlıdır, bəs bir həftə ərzində “Neftçi”də fövqəladə nə dəyişdi ki, Hacıyev birdən-birə “könüllü getmək” fikrinə düşüb? Əslində, heç nə! Sadəcə, Sadıq Sadıqov daha Hacıyevlə işləmək istəmədiyi üçün bu istəkdə bulunub və Hacıyevə “get” deyib. Hacıyevin isə bu tələbi qəbul etməkdən başqa yolu qalmayıb. Beləliklə, “Neftçi” “nəzakət xatirinə” ictimaiyyətə yalan məlumat verərək Hacıyevin özünün istefa ərizəsi yazdığını açıqlayıb.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi