"Seçmə mərhələ öncəsi belə ciddi rəqiblə yoldaşlıq görüşü keçirməyə şərait yaratdıqları üçün rusiyalı dostlarıma minnətdaram. İki ölkənin futbol federasiyaları arasındakı razılaşmaya əsasən, qarşıdakı iki il ərzində Rusiya millisi Bakıya gəlməlidir".
Qol.Az-ın "Sport-express" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Rusiya ilə yoldaşlıq oyunu öncəsi keçirdiyi mətbuat konfransında deyib.
Sabahkı oyunun əhəmiyyətindən danışan almaniyalı mütəxəssis Rusiya yığmasının çalışdırıcısı Fabio Kapellonun komandası ilə müqaviləsini yeniləməsinə də münasibət bildirib: "Bilirəm ki, bu oyun Rusiya millisi üçün də ciddi sınaqdır. Çünki onlar "DÇ-2014"dən sonra ilk oyunlarına çıxacaqlar. Rusiya Futbol İttifaqının Kapello ilə müqaviləni yeniləməsini düzgün addım sayıram. Çünki italiyalı mütəxəssis dünyanın ən güclü məşqçilərindən biridir. Nəticə də olacaq. Sadəcə ona vaxt verin".
B.Foqts eyni zamanda Türkiyənin I dəstəsində forma geyən futbolçuların yığmaya dəvət etmək istəməməsinin də səbəbini açıqlayıb: "Türkiyənin I dəstəsində çıxış edən futbolçuların milliyə çağırılmasının tərəfdarı deyiləm. Çünki Azərbaycan Premyer Liqası Türkiyə I dəstəsindən geri qalmır. Yığmanın futbolçuları İngiltərə, İspaniya, İtaliya və Almaniya kimi ölkələrin yüksək liqalarında çıxış etməlidirlər. Ancaq bizim belə futbolçularımız yoxdur. Düşünürəm ki, eyni problem Kapellonun komandasında da var".
Təcrübəli mütəxəssis sabahkı görüşdə komandasından yalnız qələbə tələb edəcəyini bildirib: "Sabahkı oyunda hansı futbolçulara şans verəcəyimi deyə bilmərəm. Qoy, bu sürpriz olsun. Ancaq bir şeyi deyə bilərəm ki, komandamdan yalnız qələbə tələb edəcəm. Rusiya ilə matç bizim üçün çox önəmlidir".
Komandasının "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirən B.Foqts bu haqda belə danışıb: "Son seçmə mərhələnin bir neçə oyununda bəxtimiz gətirmədi. Üstəlik bəzi problemlərimiz var idi. Moskvada keçirilən Rusiya ilə görüşün sonlarına yaxın mübahisəli epizodda qapımıza penalti zərbəsi təyin olundu. Əgər həmin oyunlarda xallar itirməsəydik, qrupda ikinci pilləni tuta bilərdik. Azərbaycanda çoxları millinin son seçmə mərhələdəki çıxışından razı qaldı, lakin mən yox. Artıq bizi qarşıdakı yeni seçmə mərhələ gözləyir. Əgər bu dəfə bəxt bizim tərəfimizdə olsa, "Avro-2016"nın final mərhələsinə vəsiqə qazana bilərik".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi