“Neftçi” klubu bugünlərdə komandaya fiziki hazırlıq üzrə məşqçi təyin edib. Artıq məlum olduğu kimi, bu vəzifəyə rumıniyalı mütəxəssis George Karmel Barbulesku gətirilib.
Əslində ilk baxışda burda qeyri-adi nəsə yoxdur. Amma məsələnin dərininə gedəndə... Heyrət etməyə bilmirsən.
Şəkildən də göründüyü kimi, Karmel Barbuleskunu “Neftçi” üzvlərinə klubun prezidenti Sadıq Sadıqov təqdim edir. Və bu zaman ortaya sual çıxır: elə Sadıq Sadıqov, eləcə də transfer işlərinə baxan vitse-prezident Tahir Süleymanov və baş məşqçi Böyükağa Hacıyev az qala üç aya yaxındır, boş qalmış bu vəzifəyə təyinatı hansı məntiqlə gecikdirib?
Fakt budur ki, Avroliqa yarışında “Neftçi”nin fiziki hazırlığının qaydasında olmaması onu yarışın qrupuna düşməsinə ciddi əngəl olub. Ən maraqlısı isə odur ki, bütün bunlar klubun rəhbərliyinin və məşqçi heyətinin gözü görə-görə baş verib. Elə isə ortaya sual çıxır: “Neftçi” bu təyinatı niyə ləngidib? Pulları olmayıb! Belə deyil... Məsələnin mahiyyətini klub rəhbərliyi özü daha yaxşı bilir. Amma qatar gedəndən - Avroliqanın qrupuna düşmək hüququ itiriləndən sonra komandaya fiziki hazırlıq üzrə məşqçi gətirilməsinin mənası nədir? Gözdən pərdən asmaq?
Axı, belə bir təyinat indi deyil, ispaniyalı Ruben Salesla yollar ayrıldıqdan - Azərbaycan kubokunun final matçından bir qədər sonra, Avroliqa matçlarının hazırlığı ərəfəsində gerçəkləşdirilməli idi. Amma “Neftçi” peşəkar çərçivəyə sığmayan addım ataraq düz üç ay komandanı fiziki hazırlıq üzrə məşqçisiz qoydu. Bu da işə məsuliyyətsiz yanaşmanın nəticəsi: “Neftçi”nin futbolçuları həm də fiziki baxımdan geri qaldığı üçün “Partizan” səddini keçə bilmədi. Axı, hamı görürdü ki, komanda fiziki baxımdan axsayır. Belə olan halda, elə həmin rumıniyalı George Karmel Barbuleskunu komandaya Avroliqanın ikinci təsnifat mərhələsinin “Koper”lə oyunundan əvvəl gətirilməsi bu qədərmi çətin idi?
Hara baxırdı Tahir Süleymanov? Sadıq Sadıqov niyə zamanında göstəriş vermirdi? Və ya əgər göstəriş vermişdisə, o zaman fiziki hazırlıq üzrə məşqçi niyə vaxtında gətirilmədi?
Bəlkə də daxildə nəsə olub, bilinmir, amma təyinatın Avropa Liqası kimi mötəbər yarışdakı çıxışın əvvəli deyil, sonunda (“Neftçi” üçün) gerçəkləşdirilməsi klubda işlərin bəzən qeyri-peşəkar səviyyədə aparılması haqda deyilənlərin doğru olduğunu göstərir.
ELGÜN
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi