Deyəsən, bu gedişlə 2014/15 mövsümü Azərbaycan Premyer Liqasında biz bir neçə qalmaqallı vəziyyətlə üzləşəcəyik.
Fikir verin, hələ cəmi dörd tur oynanılıb, amma artıq hakimliklə bağlı bir neçə ciddi etiraz olub.
AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov öz hakimləri ilə nə qədər öyünsə də, fakt budur ki, onun komitəyə rəhbərlik etdiyi son altı ildə hakimliklə bağlı etirazlar azalmayıb. Son illər az qala hər tur Xaqani Məmmədodun hakimlərinin hoqqasına görə klubların haqqı yeyilir. Baxın, təkcə dördüncü turun “Sumqayıt” – “Araz Naxçıvan” oyunundan sonrakı narazılıqlara. “Araz Naxçıvan” rəqib qapısına haqlı penaltinin təyin edilmədiyini bildirdi. Düzdür, bir az emosionallığı qapılıb çempionatdan çıxacağını da elan etdi. Amma fakt budur ki, klubun narazılığını hansısa formada bildirməyə əsası var.
Təbii ki, Məmmədov ənənəvi olaraq, bu dəfə də öz hakimlərinin tərəfini tutdu. Bir dəfə qeyd etmişdik, Azərbaycan Premyer Liqasının oyununda hansısa hakimin kobud səhvi hətta kosmosdan görünsə belə, onsuz da Məmmədov oz hakimlərini müdafiə edəcək. Hər halda, o, AFFA prezidentinin qəzəbinə gəlmək istəmir. Onsuz da Əfqan Həmzəyevin idarə etdiyi məşhur “Xəzər Lənkəran” – “Neftçi” matçındakı biabırçılıqdan sonra Məmmədov Rövnəq Abdullayevin gözündən düşüb, ona hətta şiddətli töhmət də elan olunub.
Buna baxmayaraq, Məmmədovun hakimləri ya ondan xəbərsiz, ya da birbaşa onun sifarişlərini yerinə yetirərək klublara qarşı haqsızlığını davam etdirirlər. Düzdür, bəzən klublar özləri də hakimlərə qarşı haqsız iradlar irəli sürür. Amma gəlin razılaşaq ki, onların hakimlərə iradları bir çox halda haqlı olur.
Son turda istər “Araz Naxçıvan”ın, istərsə də “Qarabağ”la oyunda qapısına penalti təyin olunan “Bakı”nın iradlarını AFFA Hakimlər Komitəsinin rəhbəri qəbul etməsə də, bütün bunlar cari çempionatda narazılıqların daha çox olacağının siqnalını verir.
Bəs, indiyədək baş verən bu qədər narazılıqlara görə, X.Məmmədov nə edib? Faktiki olaraq heç nə! Anar Salmanovu cəzalandırmaqla iş bitmir.
Hakimlər üçün hər il xaricdə təşkil olunan təlim-məşq toplanışları boşa gedib. Yeri gəlmişkən, hər il xüsusilə qış hazırlığından sonra bizim hakimlərlə idarəçiliyindən narazılıq daha da artır. Amma əslində bunu əksi olmalı idi.
Komitəyə rəhbərlik etdiyi son altı il ərzində Xaqani Məmmədov normal idarəçiliyi olan gənc hakimlər yetişdirə bilməyib. Əvvəllər Məmmədovun birbaşa öz kadrı sayılan Orxan Məmmədov nisbətən yaxşı təsir bağışlayırdı, amma son vaxtlar ondan da narazılıqlar çoxalıb.
X.Məmmədovun rəhbərliyi altında AFFA Hakimlər Komitəsi bərbad faəliyyət göstərir. Hakimlərə rüşvət ittihamları hələ də səngimək bilmir, son illər Əliyar Ağayev və Rəhim Həsənov istisna olmaqla normal oyun idarə edən gənc hakimlərimiz demək olar ki, yox dərəcəsindədir. Ən pisi də odur ki, hakim hoqqaları çempionatın səviyyəsinin artmasına ciddi şəkildə əngəl törədir.
Görəsən, hakimlikdəki bu rəzil durum nə vaxta qədər davam edəcək?
ELGÜN
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi