Yunis Hüseynov: “Realıq budur ki, "Qarabağ”..."

Yunis Hüseynov: “Realıq budur ki, "Qarabağ”..."
ÖLKƏ FUTBOLU 1 Sentyabr 2014 / 15:35 6118
-  A +

“İlk növbədə “Qarabağ”ı Avroliqanın  qrup mərhələsinə vəsiqə qazandığı üçün təbrik edirəm. Çox istərdim ki, “Neftçi” də yenidən  bu uğura imza atsın. Ancaq bunu bacarmadılar”.

Qol.Az saytına  açıqlamasında bu sözləri Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov “Qarabağ”ın  Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

Veteran futbolçu “Qarabağ”ın çox çətin rəqiblərlə qarşılaşacağını və qrupdan çıxmaq şansının az olduğunu bildirib: “Qarabağ”ın rəqibləri hər biri öz ölkəsinin tanınmış, güclü klubur. Çox çətin qrupdur. Məncə, “İnter” və “Dnepr” ilk yerləruğrunda mübarizə aparacaq. Reallıq budur ki, “Qarabağ”ın qrupdan çıxmaq şansı çox azdır. Çox istərdik ki, komandamız qruplarda inamlı oynasın və növbəti mərhələyə yüksəlsin. Ancaq razılaşmaq lazımdır ki, “İnter” və “Dnepr”lə mübarizə aparmaq çox çətin olacaq. “İnter” İtaliyanın ən yaxşı komandalarından biridir. “Sent Etyen” Fransada titullu komandalardandır. “Dnepr” isə hazırda Ukraynanın ən güclülərindəndir. Təbii ki, komandamıza çətin olacaq. Ancaq inanaq ki, “Qarabağ” ən azından gözəl oyunu ilə azarkeşləri sevindirəcək".  

Y.Hüseynov  uzun illər şərəfini qoruduğu  “Neftçi” klubunun  pley-off mərhələsində uğursuz çıxış edərək mübarizəni dayandırmasına da münasibət bildirib: “Hələ pley-off mərhələsinin cavab oyunlarından əvvəl müsahibəmdə bildirmişdim ki, “Neftçi”yə çox çətin, “Qarabağ”a isə asan olacaq. Bunu komandaların ilk oyununa əsasən demişdim. “Neftçi” səfər matçında mərhələ adlamaq şansını əldən verdi. İki qol vuran komandanın qapısından üç qol buraxmağı hər şeydən xəbər verdi. “Neftçi” futbolçuları dərhal arxayınlaşdılar. Fikirləşdilər ki, “Partizan”a daha çox qol vura bilərik. Cavab matçında isə “Partizan” ilk oyundakı səhvlərini  təkrarlamadı və əks-hücumlarda “Neftçi”ni cəzalandırdı”.

Y.Hüseynov milli komandamızın avqustun 3-də Rusiya ilə keçirəcəyi yoldaşlıq oyunundan da danışıb: “Artıq Rusiya ilə görüşdə milimizin “Avro-2016”nın seçmə mərhələsində Bolqarıstanla qarşılacağı oyuna necə hazır olduğunu biləcəyik.  Bundan əvvəl Özbəkistanla qarşılaşdığımız oyundan isə danışmağa dəyməz. Çünki  milliyə lazımsız futbolçular dəvət olunmuşdu. Düzdür, gənc futbolçuları sınaqdan keçirmək lazımdır. Ancaq Foqtsun dəvət etdiyi legionerlərin  bizə lazım olmadığını gördük. Onlardansa yerli futbolularımıza dəvət göndərmək yaxşı olardı”.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır