“Futbolçularımın alnından öpürəm” – İbrahim Uzunca

“Futbolçularımın alnından öpürəm” – İbrahim Uzunca
ÖLKƏ FUTBOLU 31 Avqust 2014 / 22:50 4901
-  A +

“Hər həftə bir qədər daha yaxşı oynamağa çalışırıq. Mən futbolçularımın alnından öpürəm. Bu gün bir xal qazanmadıq, 2 xal itirdik. Çox yaxşı mübarizə apardıq, komandamı təbrik edirəm. Qazanılan xalı rəhbərliyə həsr edirəm”.

Qol.Az-ın PFI-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri  “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca “Qarabağ”la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayıb: “Qarabağ”a isə növbəti Avroliqa oyunlarında uğurlar arzu edirəm. Yolları açıq olsun”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq