“Qarabağ” Avropa Liqasının qrup mərhələsində rəqibləri olan “Dnepr”lə səfər oyununun Dnepropetrovsk şəhərində keçirməklə bağlı rəqib klubun çağırışına münasibət bildirib.
Qeyd edək ki, UEFA Dnepropetrovskda Avroliqanın oyunlarının keçirilməsinə icazə vermir. Buna səbəb həmin şəhərin müharibə vəziyyətində olan Donetsk və Luqanska yaxın ərazidə yerləşməsidir. Bu səbəbdən “Dnepr” Avroliqada təsnifat mərhələsində ev oyununu paytaxt Kiyevdə keçirib.
Qol.Az-ın məlumatına görə, klubun baş direktoru Dmitri Pelin Ukrayna mətbuatına açıqlamasında bildirib ki, rəqiblərini və UEFA-nı inandırmaq istəyirlər ki, oyunların Dnepropetrovskda keçirilməsi təhlükəli deyil.
Məsələ ilə bağlı Qol.Az saytına açıqlama verən “Qarabağ” klubunun meneceri Asif Əsgərov qeyd edib ki, komandanın təhlükəsizliyini nəzərə alaraq “Dnepr”lə səfər matçının Dnepropetrovskda deyil, daha təhlükəsiz şəhərlərdən birində keçirilməsi məqsədəuyğundur:
“Təbii ki, biz ilk növbədə komandamızın təhlükəsizliyini düşünürük. “Dnepr”in ilk oyunu “İnter”lə olacaq. Artıq “İnter” oyunun başqa şəhərdə keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib. Biz də UEFA-nın qərarını gözləyirik. Hər hada UEFA qərarı bir oyun üçün yox, ümumi qrup mərhələsi üçün verəcək. İnanmıram ki, oyunların Dnepropetrovskda keçirilməsinə icazə versinlər. Hazırda həmin şəhərə yaxın ərazilərdə müharibə gedir. Biz də Dnepropetrovskdə yox, münaqişə olmayan başqa bir yerdə oynamaq istəyirik”.
Xatırladaq ki, “Qarabağ”ın “Dnepr”lə Bakıdakı oyunu oktyabrın 2-si, səfər matçı isə həmin ayın 23-də keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi