Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, R.Sadıqov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.
- “Qarabağ” artıq Avropa Liqasının qrup mərhələsindədir. “Qarabağ”ın keçdiyi bu çətin yola birlikdə nəzər salaq.
- “Valletta”ya qarşı yaxşı oynadıq və növbəti mərhələyə adladıq. “Zalsburq”la oyunlarda da pis təsir bağışladığımızı düşünmürəm. Xüsusən də, ilk matçda çox yaxşı oynamışdıq. Uşaqlarda özünəinam çox yüksək səviyyədə idi. Lakin qismət elə gətirdi ki, mübarizəni Avropa Liqasında davam etdirdik. Avropa Liqasının pley-off mərhələsindəki rəqibimiz “Tvente” təhlükəli komanda idi. Biz hər iki oyunda ağıllı oynamağa, qol buraxmamağa çalışdıq. Sonluqda isə özümüzə sərf edən nəticəni əldə etdik. Çox çətin olsa da, biz bunu bacardıq.
- “Qarabağ” bir neçə dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb. İndiki “Qarabağ” öncəki “Qarabağ”ı hansı məqamlarda üstələyib, qrupa düşdü?
- Hər bir heyətin öz üstünlüyü var. Mən arada fərq qoymaq istəmirəm. Sadəcə, deyim ki, qrup mərhələsində oynamaq bu futbolçuların qisməti imiş. Mən komandanın uğuruna görə çox sevinirəm. Son 5-6 ildə arzum o idi ki, “Qarabağ” adı qrup mərhələsində olsun. Bütün futbol ictimaiyyəti “Qarabağ” adı ilə maraqlanacaq və bir daha əmin olacaqlar ki, “Qarabağ” Azərbaycanındır. “Qarabağ” adının qrup mərhələsində olması Azərbaycan üçün çox vacib, tarixi bir məsələdir.
- Qrup mərhələsi bizim üçün bir hədd olaraq, göstərilir. “Qarabağ”ın bu səddi aşmaq ehtimalı varmı?
- “Qarabağ” futbolçuları məşqçilər korpusu tərəfindən elə tərbiyələndirilib ki, biz heç vaxt uzunmüddətli plan qurmuruq. “Valletta” və “Zalsburq”la oyunlar zamanı heç vaxt qrup mərhələsini düşünmürdük. Biz sadəcə, “Tvente” ilə matçlar zamanı qrup mərhələsini düşündük və bu işin öhdəsindən gəldik. Qrup mərhələsində 6 oyunumuz var. Çalışacağıq ki, hər bir görüşə maksimum dərəcədə köklənək və nəticə əldə edək.
- Qrup mərhələsinin oyunları üçün transferlərə ehtiyac varmı, yoxsa “Qarabağ”ın heyəti bu cür yarışda oynamaq üçün yetərlidir?
- “Qarabağ”ın heyəti yetərlidir. Transfer dövründə əsasən gənc futbolçulara üstünlük verdik. Cəmi 1 legioner oyunçu gətirdik. Düşünürəm ki, istedadlı futbolçuların heyətə cəlb olunması çox yaxşı haldır. Komandamızda həmin gənc futbolçuların inkişaf etməsi üçün yaxşı şərait var. Əgər bu gün komandaya çox sayda legioner gətirsək, gənc futbolçu harada oynayacaq? Azərbaycan futbolunun gələcəyini düşünmək lazımdır. Gənc futbolçulara bu gün Avropa Liqasının oyunlarında şans verməliyik, güvənməliyik ki, həmin oyunçular bir müddət sonra milli komandamıza xeyir verə bilsinlər.
- Qarşıda uzun və sıx marafon var. Avropa Liqasının qrup oyunları, Topaz Premyer Liqası, Azərbaycan Kuboku, Superkubok. “Qarabağ” üçün əsas vəzifələrdən bir məhz güclərin düzgün bölüşdürülməsi olmalıdır.
- Ümumiyyətlə, məşqçi korpusu Avropa Liqasının qarşılaşmaları olanda güclərin düzgün bölüşdürülməsinə böyük önəm verib. Bu baxımdan təcrübəmiz var. Düşünürəm ki, çempionat oyunları bizim üçün ağır olacaq. Qrup mərhələsindəki oyunlarımız Premyer Liqadakı nəticələrimizə təsir edəcək. Lakin hesab edirəm ki, 23 oyunçumuz eyni məsuliyyətlə oynayacaq və bizdə hər hansı bir ciddi eniş olmayacaq.
- Avropa Liqasının qrup mərhələsini sizin karyeranızın pik nöqtəsi saymaq olar?
- Karyeramın yaxşı mərhələsidir. İdmanda pik nöqtə olmur. Karyeramın son vaxtlarında belə bir nəticə çox yaxşıdır. Amma yenə də irəli getmək istəyirəm.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi