“Qarabağ" İtaliya "İnter”inə də qalib gələ bilər" - iddialı açıqlama

“Qarabağ" İtaliya "İnter”inə də qalib gələ bilər" - iddialı açıqlama
ÖLKƏ FUTBOLU 29 Avqust 2014 / 17:48 7816
-  A +

“Qarabağ” klubunun müdafiəşisi Maksim Medvedyev Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini (“İnter” (İtaliya), “Dnepr” (Ukraya),  “Sent Etyen” (Fransa) dəyərləndirib.

Qol.Az saytına açıqlamasında o, güclü komandalarla düşdüklərini deyib:
 
“Rəqiblərimizin hamısı yüksək səviyyəli komandadır. Biz belə də gözləyirdik. Çünki qrup mərhələsində asan rəqib olmur. Bununla belə, biz onların hər biri ilə başabaş mübarizə apara bilərik. Buna hazırıq. Çünki dörd ildir ki, qrup mərhələsinə düşmək üçün çalışırdıq. Nəhayət, istəyimizə çatmışıq. Bu mərhələyə gəlmişiksə, “İnter” və digər güclü komandalarla oyunlara hazır olmalıyıq”.

Milli komandamızın üzvü çətin rəqiblərlə düşmələrinə baxmayaraq adlı-sanlı “İnter” və digər komandalardan çəkinmədiklərini qeyd edib: “Bizim işimiz bununla bitməyib. Çalışacağıq ki, bütün oyunlarda qələbə qazanaq.  Bilirik ki, bu, çox çətin olacaq. Ancaq “Qarabağ” da zəif komanda deyil. “İnter”lə oynaya biləcək komandayıq. İnanıram ki, ən azı öz meydanımızda başda “İnter” olmaqla qrupumuzda olan rəqiblərə qalib gələ bilərik.

Onsuz da hər qrupda bir top komanda olur. Bizim bəxtimizə də “İnter” düşdü. Digər rəqiblərə gəldikdə isə, doğrudan da Fransa və Ukrayna çempionatı bizim  Premyer Liqadan səviyyəlidir. Ancaq biz heç bir rəqibdən çəkinmirik. Özümüzü sübut etməliyik ki, bu komandalara qarşı oynamağa layiqik və bunu bacarırıq”.

Daha çox


Son xəbərlər