Sadıq Sadıqov "Qarabağ"ı təbrik etdi

Sadıq Sadıqov "Qarabağ"ı təbrik etdi
ÖLKƏ FUTBOLU 29 Avqust 2014 / 02:16 4822
-  A +

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə “Qarabağ” klubunun prezidenti Abdulbari Gözələ təbrik məktubu ünvanlanıb. 

Məktubda deyilir: "Neftçi" kollektivi adından UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarixi uğura imza atmağınız münasibətilə sizi və rəhbərlik etdiyiniz “Qarabağ” klubunun məşqçilər heyəti, futbolçular və bütün əməkdaşlarını təbrik edirik. Doğma Qarabağımızın Avropanın böyük futbol ailəsi – UEFA Avropa Liqasının qrup mərhələsində olmağı tək idman yox, eyni zamanda xalqımızın uğuru baxımından böyük nailiyyətdir. Bir daha sizi təbrik edir və Avroliqanın qrup oyunlarında uğurlar arzulayıram".

Daha çox


Son xəbərlər