Böyükağa Hacıyev: "Neftçi"də bütün futbolçular qol vurur"

Böyükağa Hacıyev: "Neftçi"də bütün futbolçular qol vurur"
ÖLKƏ FUTBOLU 27 Avqust 2014 / 19:52 4819
-  A +

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Partizan”la keçiriləcək cavab matçı öncəsi təşkil olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Sabah “Neftçi” bəlkə də tarixində ikinci vacib oyununa çıxacaq. Əvvəl belə bir oyun APOEL-ə qarşı olmuşdu. Onda  Allahın köməkliyi ilə sizin qarşınızda peşman olmamışdıq. “Partizan” olduqca yaxşı komandadır. Çox təəssüflər olsun ki, hərdən mətbuatdan oxuyurduq ki, “Partizan”ın maliyyə problemi var. Ancaq bu gün “Partizan”ın çarter reysi ilə Bakıya uçmağı hər şeydən xəbər verir. İlk görüşdə “Partizan”a oyunu hədiyyət etdik. Fikir verin, bir oyunda dörd qol vurduq, ancaq ikisini öz qapımıza.   Sabah həmin səhvlərə yol verməyəcəyəik. Karlos Kardozo ilk oyundakı boşluqların olmasına imkan verməyəcək. Komandamız çox ciddi hazırlaşır. Sabah azarkeşlərdən böyük dəstək gözləyirəm. İnanıram ki, “Neftçi”sevərlər bizi layiqincə dəstəkləyəcək.

- Serbiyadakı oyunda “Neftçi”nin müəyyən futbolçuları məsuliyyətsizlik etdi. Bu özbaşınalıqların qarşısını almısınız?

- Siz qətiyyən bundan narahat olmayın. Kimlər ki, cinahları boş qoyubsa, sabah bunun əksini görəcəksiniz. Hər an rəqibi analiz edəndə onlardakı boşluqları axtarırıq. Bilirdik ki, “Partizan”ın hansı çatışmazlıqları var. Ona görə də Deniz Silva bundan istifadə edib, iki qol vurdu. Serbiyadan qayıdtıqdan sonra həmin oyuna 5-6 dəfə baxmışam. Əgər qapıçımız Saşa Stamenkoviç bir qədər inamlı oynasaydı, nəticə tam fərqli olacaqdı. Əmin olun ki, ilk oyunu tam analiz etmişik. Bu axşam futbolçularımızın hamısının səhvini üzlərinə deyəcəyəm.

-“Neftçi” qapanan komandalara qarı oynamaqda çətinlik çəkir. Bunu ölkə çempionatında da görürük.  Yəqin ki, sabah “Partizan” da qapalı oynayacaq. Bunun üçün bir tədbiq görmüsünüz?


- Avropa futbolu başqadır. Bütün futbolçuların və mənim gələcək reytinqim sabahkı oyundan çox asıldır. Mən indi taktika açıqlamaq istəmirəm. Ancaq sabah meydana iki hücumçu ilə də çıxa bilərik. Çalışacaqğıq ki, sabah yeni bir taktika ilə oynayaq. Gəlin, sabaha qədər gözləyək. “Neftçi” elə bir komandadır ki, bütün futbolçuları qol  vurur. Nfor “Çixura”ya 3 qol vurdu. Yəni bizdən hər şey gözləmək olar.

Daha çox


Son xəbərlər