“Neftçi” Serbiyadakı oyunda özü qələbəni əlindən verdi. “Partizan” gözləmirdi ki, “Neftçi” tez bir zamanda onların qapısına iki qol vursun. Ancaq komandamız bunu bacarsa da, sona qədər tab gətirə bilmədi”.
Qol.Az saytına açıqlamasında bu sözləri bir vaxtlar “Neftçi” klubunun məşqçisi olmuş Kamal Quliyev sabiq komandasının Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la ilk oyunundan (2:3) danışarkən deyib.
Hazırda birinci divizion təmsilçisi “Neftçala”nı çalışdıran veteran futbolçu “Neftçi”nin səfərdə məğlub olmasını qapıçı Saşa Stamenkoviçin kobud səhvləri ilə əlaqələndirib: “Burada ilk növbədə günahı qapıçı Saşa Stamenkoviçdə görürəm. Biz “Partizan”la Avroliqanın qrup mərhələsində oynayanda da rəqib azarkeşlər tərəfindən Saşaya təzyiqlər olurdu. Bu dəfə də belə oldu. Saşa isə bu təzyiqlərə dözə bilmədi. Ona görə də çıxışlarda səhvlərə yol verirdi. Futbolçu hər vəziyyətə psixoloji cəhədən hazır olmalıdır. İlk hissə “Neftçi”nin 2:0 hesablı qələbəsi lə başa çatsaydı, bu gün Avroliqanın qrup mərhələsindən danışa bilərdik. “Neftçi”nin buraxdığı bir qol bütün oyunun taleyini həll etdi.
Matçda dönüş nöqtəsi həmin qoldan başladı. Yəni rəqib ruhlanmağa başladı, tədricən “Netçi” səhvlər buraxdı. Bunun da acı nəticəsidir ki, sonda 2:3 hesabı ilə məğlub olduq. Düzdür, buraxılan qolların ikisi avtoqol oldu. Bunu da şişirtmək lazım deyil. Həm Elvin Yunuszadə, həm də Denis Silva oyunun ən yaxşılarından idi. Mən də, öz qapımıza qol vurmuşam. Bu, karyeram ərzində bir dəfə baş verib. Yəni heç kim avtoqoldan sığortalanmayıb”.
Xatırladaq ki, K.Quliyevin məşqçiliyi dövründə - 2012-ci ildə “Neftçi” Avropa Liqasının qrup mərhələsində “Partizan”la qaşılaşıb. Gənc çalışdırıcı həmin oyunları xatırlayaraq “Partizan”ın indi daha zəif olduğunu qeyd edib: “2012-ci ildəki “Partizan” daha güclü idi. Kimlərsə mənimlə razılaşmaya bilər. Ancaq iki il əvvəl daha sürətli, əzmkar “Partizan” görmüşdüm. Həmin illə müqayisə edəndə indiki “Partizan” çox zəifdir. Yadınıza salın, o dövrdə “Partizan” oyuna çox böyük təzyiqlə başlayırdı. İndi isə “Partizan” böyük boşluqlar buraxır”.
K.Quliyev “Neftçi”nin “Partizan” səddini keçəcəyinə inandığını vurğulayb: “Adətən bizim klublarımız ev oyunlarında daha yaxşı nəticə qazanır. Ancaq bu il “Neftçi” bunun əksini göstərirdi. Yəni evdə bacarmadığı işin öhdəsindən səfərdə gəlirdi. Çox təəssüf ki, səfərdə “Partizan”a məğlub olmaqla bu seriya qırıldı. Ancaq inanıram ki, “Neftçi” “Partizan” səddini keçməyə qadirdir. Komandamız yenidən Avroliqanın qrupunda oynasa, bu, Azərbaycan futbolunun uğuru olacaq. Ona görə də “Neftçi”ni hamılıqla dəstəkləməliyik . Vaxtilə qrup mərhələsinə vəsiqə qazanmaqla “İnter” kimi Avropa nəhəngini Azərbaycana gətirmişik. Niyə də indi bu uğuru təkrarlamayaq? Azarkeşlərə səslənmək istəyirəm. Serbiyada “Partizan” azarkeşləri 90 dəqiqə ərzində “Neftçi”ni təzyiq altında saxladı. Biz də bunu bacarmalıyıq. Uğur üçün hər yola əl atmaq lazımdır. Mən də bir “Neftçi”li kimi sabah sabiq komandamın yanında olacağam”.
K.Quliyev Avroliqadakı digər təmsilçimiz “Qarabağ”ın “Tvente” ilə ilk oyunundan və komandamızın mərhələ adlamaq şanslarından da danışıb: “Tvente” “Qarabağ”ı çox düzgün analiz etmişdi. Müdafiəni yaxşı qurmaqla, tez qapanmaqla, boşluqlar yaratmamaqla “Qarabağ”ın işini çətinə saldılar. Bilirik ki, “Qarabağ” top saxlamağı və tədricən hücum qurmağı sevir. Sürətli hücumlara çox da üstünlük vermirlər. Rəqib də bundan düzgün istifadə edirdi. Buna baxmayaraq komandamızın qol vurmaq imkanları da oldu. Ola bilər ki, “Tvente”Bakıdakı oyundan fərqli olaraq öz meydanında hansısa boşluqlar buraxsın. “Qarabağ” qrupa düşmək istəyirsə, sabahkı oyunda mütləq bir qol vurmalıdır. İnanıram ki, bu mərhələyə qədər inamlı mübarizə aparan “Qarabağ” “Tvente” səddini də keçmək gücündədir”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi