"Partizan" səfərdə oynadığını hiss etməlidir" - Mirhüseyn Seyidov

"Partizan" səfərdə oynadığını hiss etməlidir" - Mirhüseyn Seyidov
ÖLKƏ FUTBOLU 27 Avqust 2014 / 17:01 2543
-  A +

"Partizan"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşmışdıq və rəqibin oyununa bələdik. Serblər əvvəlki ilə müqayisədə indi daha yaxşı təsir bağışlayır".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov klubun rəsmi saytına açıqlamasında deyib.

M.Seyidov Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la cavab matçında meydanda bütün güclərini qoyacaqlarını bildirib: "Meydanda bütün gücümüzü qoyacağıq. "Partizan" səfərdə oynadığını matç başlayandan son dəqiqələrə qədər hiss etməlidir. Azarkeşlərin də dəstəyi sayəsində qalib gələ bilərik. APOEL ilə səfər qələbəsindən sonrakı sevinci xalqımıza bir daha yaşatmaq niyyətindəyik".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" oyunu sabah, saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda Serbiya təmsilçisi qələbə qazanıb - 3:2.

Daha çox


Son xəbərlər