Rusiya - Azərbaycan oyununda məşhur hakim: Rövşən İrmatov

Rusiya - Azərbaycan oyununda məşhur hakim: Rövşən İrmatov
ÖLKƏ FUTBOLU 27 Avqust 2014 / 13:08 3034
-  A +

Sentyabrın 3-də Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoxlama oyununun baş hakimi müəyyənləşib.

Qol.Az-ın Rusiya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Moskvadakı “Ximki Arena” stadionunda keçiriləcək bu qarşılaşmanı məşhur özbək hakim Rövşən İrmatov idarə edəcək.

Ona Əbdulxamidullo Rəsulov və Alişer Usmanov kömək edəcək.

Qeyd edək ki, R.İrmatov dünya çempionatlarının final mərhələləri tarixində ən çox oyun (9 matç) idarə edən hakimdir.

Daha çox


Son xəbərlər