“Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Uzunca komandanın hazırkı vəziyyəti və gələcək planları ilə bağlı danışıb.
- “Bakı”da çox sayda yerli məşqçi olduğu halda, baş məşqçi postu sizə həvalə olundu. Əvvəlcə bu prosedur barədə danışmağınızı istərdik...
- Bildiyiniz kimi, çempionat başa çatdıqdan sonra Milinko Pantiç klubdan ayrıldı. Əvəzedici heyətin baş məşqçisi olduğum üçün gənclərin potensialına bələdəm. Əslində, mən əvəzedici komandada baş məşqçi olduğum zaman əsas heyətin də məşqlərinə çıxırdım. Ona görə də bu gün “Bakı”nın əsas heyətində çalışmaq mənim üçün çətin deyil. Əlimdən gələni edib, “Bakı”nı ayaqda saxlamağa və səsimizi çatdırmağa çalışacağıq.
- “Bakı”nın maliyyə durumu yaxşı deyildi. Belə bir vəziyyətdə komandanı formalaşdırmaq baş məşqçi üçün nə deməkdir?
- Düşünürəm ki, irəliləyən günlərdə hər şey yoluna qoyulacaq. Hazırkı durumun mövsümün sonuna qədər davam edəcəyi gözlənilmir. Klub prezidenti Hafiz Məmmədovun komandanı elitada saxlaması çox önəmli bir məqamdır. “Bakı”nın Premyer Liqadan düşməsi Azərbaycan futbolu üçün heç də yaxşı olmayacaqdı. Düzdür, həmin çətin dönəmdə bir neçə oyunçumuz düşərgəni tərk etdi. Heyətdən çox sayda oyunçu gedərsə, toparlanmaq çətindir. Lakin bizim gənc oyunçularımız var. İlk iki oyunda qələbə qazana bilməsək də, rəqiblərə göstərmişik ki, azərbaycanlı futbolçulardan ibarət komanda qurmaq olar. Gənc oyunçuların mövqe səhvi normaldır. Bunun fonunda gənc oyunçuların baxımlı oyun sərgiləməsi ümidvericidir.
- Qarşıdakı günlərdə bu boşluqları aradan qaldırmaq üçün oyunçu transferi nəzərdə tutulubmu?
- Çatışmazlıqlar mövcuddur. Mən hazırda konkret danışa bilməyəcəyəm. Düşünürəm ki, akademiyamızda yetişən oyunçularımıza böyüklük edə biləcək təcrübəli futbolçulara ehtiyacımız var. Əgər bu işlər həyata keçirilsə, o zaman biz qarşıdakı turlarda çox komandaya başağırısı olacağıq.
- Yerli futbolçuların, akademiyanın yetirmələrinin heyətdə qalması normal haldır. Faktiki Azərbaycana futbol oynamaqla yanaşı, pul qazanmağa gələn Yura Travner, Risto Ristoviç və Lukas Mario Horvatı bu vəziyyətdə “Bakı”da saxlayan məqamlar hansılardır?
- Onlar böyük fədakarlıq etdilər. Adlarını çəkdiyiniz oyunçular Azərbaycanın digər klublarında çox rahatlıqla oynaya bilərlər. Amma onlar təklifləri, pulu yox, dəyəri üstün tutdular. Çətin günlərdə komandanı yarı yolda qoymaq dəliqanlı adama yaraşmaz. “Bakı” hər zaman iddialı olub, bu gün isə müəyyən problemlər mövcuddur. Mən əminəm ki, çətin günlərin ömrü çox olmayacaq və biz yenə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Pul olan zaman işləmək çox asandır, əsas məsələ çətin günlərdə öz sinəni irəli verməkdir.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi