“Neftçi” üçün "Tofiq Bəhramov" problemi (VİDEO)

“Neftçi” üçün "Tofiq Bəhramov" problemi (VİDEO)
ÖLKƏ FUTBOLU 26 Avqust 2014 / 16:47 4540
-  A +

Avroliqanın pley-off mərhələsində "Neftçi" - Partizan" oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda ot örtüyü hələ də yaxşı durumda deyil.

Qol.Az-ın xəbərinə görə, meydaçanın bərbad vəziyyətə düşməsində günahkar olan bolqar mütəxəssis qovulub, yerinə ingilislər gətirilib. Buna baxmayaraq, supersport.az saytının bu gün apardığı çəkilişlərdən də göründüyü kimi, meydançanın ot örtüyündə durum ürəkaçan səviyyədə deyil və bu “Neftçi”yə “Partizan”la matçda istədiyi oyunu sərgiləməyə problem yarada bilər.

Bununla belə, inanmaq istərdik ki, qarşıdakı iki gündə stadion rəhbərliyi ot ortüyünün normal vəziyətə gətirilməsi üçün əlindən gələni edəcək.
 

Daha çox


Son xəbərlər