AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bir hakimə Premyer Liqanının eyni turunda iki oyun həvalə etmək haqda düşünür.
Qol.Az-ın xəbərinə görə, bu haqda, o özü “Het-trik news” qəzetinə bildirib.
O qeyd edib ki, Premyer Liqa oyunlarında aşağı qiymət alan hakimlər bir neçə tur “dincələcəklər”.
“Bəziləri fikirləşir ki, səhvdi də etmişəm, onsuz da 1-2 tur sonra yenə oyun verəcəklər. Belə olmaz. Bir tur üç gün ərzində keçirilir. Ehtiyat qüvvəmiz var. Amma risk eləmək istəmirik. Lazım gələrsə, bir hakim tur ərzində iki oyuna təyinat alacaq. Yəni cümə günü oyun idarə edən hakimə bazar günü də təyinat verə bilərik”.
X.Məmmədov özü də etiraf edib ki, bir hakimin eyni turda iki oyuna təyin olunması arzuolunan deyil. “Məqsədimiz səhv etmiş hakimləri sərt cəzalandırmaqdır. Özləri də bunun fərqində olacaqlar. Bir tur oyunsuz qalmaq onların maddi durumuna təsir edəcək”.
Qeyd edək ki, X.Məmmədovun bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bildirilib ki, AFFA Hakimlər Komitəsinin belə qərar verməsi gülünc doğuracaq. Düzdür, səhvə yol verən hakimin cəzalandırılması doğrudur. Amma sırf ona cəza vermək xatirinə başqa bir hakimə eyni turda iki oyunun həvalə edilməsi həm hakimlər arasında ayrıseçkilik yaradacaq, həm də referilərə gizli yolla da olsa hansısa klubun marağını qorumağa, manevr etmək imkanı verəcək.
Bir də ki, belə qərara dünya təcrübəsində - istisnaları bir kənara qoysaq – rast gəlinməyib. Amma görünür, X.Məmmədov barəsində onsuz da xoş sözlər deyilməyən Azərbaycan hakimliyi haqda bilərəkdən, ya bilməyərəkdən daha pis imic formalaşdırmağa çalışır.
Maraqlıdır, görəsən, bu absurd fikirlə bağlı Azərbaycan çempionatının təşkilatçısı Peşəkar Futbol Liqasının rəhbərliyi nə düşünür?
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi