Oğuz Çətin: “Dönüş etməliyik”

Oğuz Çətin: “Dönüş etməliyik”
ÖLKƏ FUTBOLU 24 Avqust 2014 / 21:59 4456
-  A +

“Oyunda qalib gəlmək üçün lazım olan mübarizəni, qələbə əzmini “Simurq” göstərdi. Buna görə də rəqibimizi qələbə münasibəti ilə  təbrik edirəm. Bu cür komandaları məğlub etmək üçün onların göstərdiyi mübarizəyə qarşılıq vermək lazımdır. Təəssüf ki, bu gün rəqibə qarşılıq verə bilmədik, oyunumuzu oynaya bilmədik və məğlub olduq”.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin “Simurq”a məğlub olduqları (0:2) oyundan sonra keçirilən mətbuat konfransında deyib.
 
Türkiyəli mütəxəssis futbolçularının çıxışından narazı qaldığını bildirib. O, yeni mövsümdə qələbə qazana bilmədikləri xatırladıb və növbəti matçda uğurlu nəticə qazanacaqlarına inandığını vurğulayıb: ”Hər bir oyunçumun bu gün nə səviyyədə oyun göstərdiyini düşünməsi lazımdır. İlk iki turda 5 xal itirməyimiz də bizi müəyyən qədər basqı altında saxlayır. Ardından gələn “Simurq” məğlubiyyəti də təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, heyətimizdə peşəkar futbolçular var. Komanda olaraq toparlanıb, qarşıdakı “İnter”lə oyunda dönüş etməliyik. Ümid edirəm ki, növbəti oyunda komanda ruhumuzu ortaya qoyub mövsümün ilk qələbəsini qazanacağıq”.

Son xəbərlər