Muarem Muarem: "Səfərdə daha yaxşı oynayacağıq"

Muarem Muarem: "Səfərdə daha yaxşı oynayacağıq"
ÖLKƏ FUTBOLU 22 Avqust 2014 / 17:04 3346
-  A +

"Məncə, pis oynamadıq. Stadionun ot örtüyü yaxşı vəziyyətdə deyildi. Ancaq hər iki komanda eyni şərtlər altında oynayırdı. Ona görə də bəhanə gətrimək düzgün deyil. Qolsuz heç-heçə yaxşı nəticədir. Bu hesab rəqibdən çox bizim işimizə yaraya bilər".

Qol.Az saytına açqılamasında bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Muarem Muarem Avropa Liqasının pley-off mərhələsinin "Tvente" ilə ilk oyunundan (0:0) sonra deyib.

O qədər də baxımlı futbol sərgiləmədiklərini deyən makedoniyalı futbolçu cavab matçında hər şeyin fərqli olacağını bildirib. O, "Tvente" səddini keçəcək gücdə olduqlarını vurğulayıb:  "Cavab matçı bizim üçün bir qədər də çətin olacaq. Ancaq səfərdə daha yaxşı oynamalıyıq ki, mərhələni adlayaq. Bu gün bizdən gözlənilən oyunu sərgiləyə bilmədik. Ancaq Hollandiyada bundan yaxşı oynayacağımızı düşünürəm. İtirəcəyimiz bir şey yoxdur. Daha açıq futbol oynayacağıq. İnanıram ki, yaxşı nəticə ilə qayıdacağıq. "Tvente"ni keçmək bizim üçün o qədər də çətin olmamalıdr. Komandamız mütləq qrupa düşməlidir". 

Son xəbərlər