"Qarabağ" klubunun yarıpmmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Tvente" ilə keçirilən ilk oyundan (0:0) sonra Qol.Az saytının suallarını cavablandırıb
- Görüş haqda fikirlərini bilmək istərdik.
- İstəyirdik ki, evdə qalib gələk. Düşünürəm ki, yaxşı oynadıq. Ancaq qol epizodlarından istifadə edə bilmədik. Bir tərəfdən də sevinirəm ki, rəqibə qol vurmaq üçün şans yaratmadıq. Sona qədər üstünlük bizdə oldu.
- Stadionun ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bu, "Qarabağ"ın oyununa təsir etdi?
- Bizdə çatışmayan ancaq qol oldu. Burda stadion amili rol oynamadı. Bu gün biz qol vursaydıq, ot örtüyünün yaxşı vəziyyətdə olmadığından danışmayacaqdıq. Ona görə də bunu bəhanə etməyə dəyməz. Sadəcə yaratdığımız qol epizodlarından istifadə edə bilmədik. Məncə, qalan hər şey yerində idi.
- Qeydə alınan qolsuz heç-heçədən sonra komandanızın mərhələ adlamaq şansını necə görürsən?
- Düşünürəm ki, səfərdə də bu cür oynamalıyıq, çəkinməməliyik. Belə oyunla mərhələni adlamağa biz daha çox layiqik. Səfərdə də istədiyimiz oyunu nümayiş etdirsək, turu keçə bilərik.
- "Qarabağ" daha çox geri ötürmələrlə oynadı, hücumları ləngitdi. Bunun səbəbi nə idi?
- Hava çox isti idi. Belə şəraitdə topu tez-tez itirmək komandamızın ziyanına olardı. Maksimum səbirli olmalı idik. Fikir verdinizsə, geriyə oynaya-oynaya 5-6 qol imkanı yaratdıq. Tələsmək olmazı. Topu itirsəydik, rəqib top saxlağa başlayacaqdı. Belə olan halda isə biz yorulacaqdıq.
- Sanki "Tvente" "Qarabağ"ı daha yaxşı öyrənmişdi...
- Belə olsaydı, rəqib daha çox qol epizodları yaradardı, bizim taktiki gedişlərimizə imkan verməzdilər. Məncə, biz onları daha axşı analiz etmişdik.
- "Tvente" demək olar ki, müdafiədən oynadı. Cavab matçında rəqibdən necə oyun gözləmək olar?
- Rəqibin bir neçə oyununu izləmişik. Ev oyunlarında da bir qədər müdafiəyə üstünlük verirlər. Biz ilk növbədə onların hücumlarından qorunmalıyıq. Əsas məqsədimiz cavab matçında qol buraxmayaq. Müəyyən amilləri nəzərə alanda "Tvente"nin üstünlüyü olac bilər. Ancaq biz də əlimizi yanımıza salmayacağıq. Növbəti oyuna daha yaxşı hazırlaşacağıq.
- 2009-cu ildə qarşılaşdığınız "Tvente" ilə indiki arasında nə kimi fərq var?
- "Tvente"nin indiki futbolçuları cavandır. Ancaq hamısı perespektiv vəd edən oyunçulardır. O dövrdə isə daha keyfiyyətli futbolçuları var idi. Əlbəttə ki, 2009-cu ildəki "Tvente" daha güclü idi.
- Razısan ki, "Tvente" "Zalsburq"dan xeyli zəifdi?
- Belə deməzdim. Çünki avropa komandaları həmişə yaxşı səviyyədə olur. Hollandiya çempionatı Avstriyadan daha səviyyəlidir. "Tvente" isə ötən mövsüm üçüncü yeri tutmuş komandadır. "Zalsburq"la oyunda olduğu kimi, bugünki görüşdə də çətinlik çəkdik.
- "Tvente"nin üstünlüyü nədədir, çətinliyiniz nədə idi?
- Rəqib gənclərdən qurulmuş komandadır. Onlar fiziki cəhətdən çox güclüdürlər. Əsas çətinliyimiz isə qol imkanlarından istifadə edə bilməməyimiz oldu. İlk hissədə bir qol vura bilsəydik, hesab tam fərqli ola bilərdi. Yəni növbəti qolları da vura bilərdik.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi