"Bakı səfəri çətindir. Bunun bir neçə səbəbi var. Uzun yol qət edirsən. Üstəlik orada hərarət çox yüksək olur. Ölkələr arasında üç saatlıq fərqin olması da işi çətinləşdirir. Ümumiyyətlə Azərbaycan səfər etmək üçün yaxşı ölkə deyil".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Tvente" klubunun futbolçusu Vout Brama Hollandiya mətbuatına açıqlmasında deyib.
Zədə səbəbindən "Tvente"nin əsas komandasından kənarda qalan və hazırda əvəzedici heyətlə məşq edən 27 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində bu axşam qarşılaşacaqları "Qarabağ"la oyun haqda fikirlərini bölüşüb.
Hollandiyalı futbolçu 5 il öncə "Qarabağ"la Bakıdakı oyunu xatırlayıb və komandasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib: "Avrokubok oyunları yerli çempionat görüşlərindən tamamilə fərqlənir. Beş il öncə "Qarabağ"la hər iki görüşdə oynamışdım və öz meydanımızda 3:1 hesabı ilə qalib gəlmişdik. Səfər oyunları hər zaman çətin keçir. "Qarabağ" evdə tamamilə fərqli sistemlə çıxış edir. "Tvente"yə Bakıda asan olmayacaq. Cavab matçı öncəsi Bakıdan sərfəli nəticə ilə qayıtmalıyıq. "Tvente"nin qrup mərhələsinə vəsiqə qazanacağına inanıram. Eşitdiyimə görə, "Qarabağ" beş il öncə ilə müqayisədə indi daha güclüdür. Rəqibin heyətində beş səviyyəli braziliyalı legionerin oynadığını bilirəm. Ancaq onların hansı səviyyədə olması haqda məlumatım yoxdur".
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlayacaq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi