“Qarabağ” yenə "Tvente"yə qalib gələ bilmədi

“Qarabağ” yenə "Tvente"yə qalib gələ bilmədi
ÖLKƏ FUTBOLU 21 Avqust 2014 / 22:51 10273
-  A +

Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə,  “Neftçi” ilə yanaşı “Qarabağ” da bu gün meydana çıxıb.

Ağdam təmsilçisi  öz meydanında Hollandiyanın “Tvente” klubunu qəbul edib . “Tvente” Qurban Qurbanovun komandası üçün tanış rəqib idi. 2009-cu ildə “Qarabağ” məhz Avroliqanın pley-off mərhələsində o dövrdə Hollandiya çempionu olan “Tvente” ilə qarşılaşmışdı. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan komandamız doğma meydanında qolsuz heç-heçə ilə meydanı tərk etmişdi.

Bu matçda da "Qarabağ" doğma meydanda rəqib qapısına yol tapa bilməyib. Qarşılaşma 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb. 
 
Xatırladaq ki, komandalar arasında cavab matçı bir həftə sonra Hollandiyada keçiriləcək.




21 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Hollandiya) - 0:0
Hakimlər:
Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev,  Maksim Medvedyev , Rəşad Sadıqov (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo,  Danilo Dias, Riçard Almeyda, Muarem Muarem, Leroy Corc


"Tvente": Nik Marsman, Kuko Martina (k),  Darrl Laxman, Robert Şilder, Rasmus Benqtsson, Kayl Ebesilio, Kamohelo Mokotdzho, Yuness Moxtar, Hakim Ziyeh, Lyuk Kastanyos, Kasper Kusk

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner