“Tvente”nin baş məşqçisi: “Qarabağ” bizi asanlıqla məğlub edə bilməyəcək”

“Tvente”nin baş məşqçisi: “Qarabağ” bizi asanlıqla məğlub edə bilməyəcək”
ÖLKƏ FUTBOLU 20 Avqust 2014 / 21:22 4624
-  A +

"Bakıda çox gözəl bir gündür. Biz isə bir qədər həyəcanlıyıq. Həmkarımız rəhmətə gedib. Onun hüzrünü saxlayırıq. Bununla belə  çalışacağıq ki, layiqli oyun göstərək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Tvente”nin baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında deyib.

O, "Qarabağ" haqda xoş sözlər söyləyib. Bununla belə, əlavə edib ki, komandası təslim olmaq fikirndə deyil:

“Üç  il bundan əvvəl də “Qarabağ” güclü komanda idi. Sadəcə, indi daha çox təcrübə toplayıblar. Biz bir qədər narahat edən budur. Bizə ciddi müqavimət göstərəcəklər. “Qarabağ”ın çoxlu hücumlar edəcəyini bilirik. Amma Riçard kimi müdafiəçimiz var. Rəqib  nə qədər hücum etsə də, bizim müqavimət göstərməyə gücümüz var. “Qarabağ” bizi asanlıqla məğlub edə bilməyəcək. Rəqibimizə hörmətlə yanaşırıq. Bakıda uduzsaq, bu, faciə hesab olunmayacaq”.

Şreyder  “Qarabağ”ın Ağdamı təmsil etməsini bildiyini deyib:  “Bilirik ki, “Qarabağ” Bakının yox, Ağdamın komandasıdır. Onların Bakıda niyə oynadıqlarından da xəbərimiz var”.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda