Maksim Medvedyev: "Sabah "Tvente"yə qarşı oynaya bilərəm"

Maksim Medvedyev: "Sabah "Tvente"yə qarşı oynaya bilərəm"
ÖLKƏ FUTBOLU 20 Avqust 2014 / 16:40 2799
-  A +

"Çətin bir rəqibə qarşı oynayacağıq. Hamı Hollandiya çempionatının hansı səviyyədə olduğunu bilir. Bu gün "Tvente" gənc futbolçulardan təşkil olunmuş komandadır. Gənclər mübariz oyun nümayiş etdirəcəklər. Bu da işimizi çətinləşdirən amillərdəndir".

Qol.Az saytına açqılamasında bu sözləri "Qarabağ" klubunun futbolçusu Maksim Medvedyev Avropa Liqasının pley-off mərhələsində sabah "Tvente"yə qarşı keçirəcəkləri oyun haqda danışarkın deyib.

Milli komandamızın üzvü rəqibi yüksək qiymətləndirməklə yanaşı komandasının qələbəsinə inandığını da vurğulayıb: "Yaxşı nəticə qazanmaqla yanaşı həm də baxımlı futbol sərgiləmək istəyirik. İnanıram ki, sabah bizə lazım olan nəticə ilə meydanı tərk edəcəyik.

M.Medvedyev "Qarabağ"ı "Tvente" ilə müqayisədə daha şanslı sayanlarla razılaşmadığını bildirib: "Demək olmaz ki, "Tvente" indi zəifdir. Bizim futbolçular sadəcə  ustalıq səviyyəsinə görə rəqibi üstələyə bilər. Düzdür, "Tvente"də 2009-cu ildəki kimi adlı-sanlı futbolçular yoxdur. Ancaq rəqibimiz kollektiv oyun nümayiş etdirir. Gənc futbolçulara qarşı oynamaq asan deyil. Yəni "Tvente"yə qarşı oynamaq indi  daha çətindir. İndidən deyə bilərəm ki, çox gərgin və mübarizəli bir qarşılaşma olacaq. Əlimizdən gələni edəcəyik ki, bizi dəstəkləyən minlərlə azarkeş stadionu sevinclə tərk etsin".

Çempionlar Liqasının III təsnifat mərhələsi şərçivəsində "Zalsburq"la cavab oyununda zədələnən müdafiəçi artıq zədəsini bərpa etdiyini və sabahkı görüşdə meydana çıxmağa hazır olduğunu qeyd edib: "Sabah meydana çıxmağımı çox istəyirəm. Özümü hazır hiss edirəm. Ancaq oynayıb-oynamayacağım hələlik bilinmir. Həkimlər də riskə getmək istəmirlər. Çünki tam sağalmamış meydana çıxsam, zədəm ağırlaşa bilər. Bugünkü məşqdən sonra baş məşqçimiz qərar verəcək. Sabah adım oyunun iştirak ərizəsinə salına bilər".

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda