"Neftçi"nin Kanales problemi həll olundu

"Neftçi"nin Kanales problemi həll olundu
ÖLKƏ FUTBOLU 20 Avqust 2014 / 15:02 4392
-  A +

"Neftçi"nin futbolçusu Nikolas Kanales Avropa Liqasının pley-off mərhələsində sabah "Partizan"la keçiriləcək oyunda iştirak edə bilər.

Bu barədə Qol.Az saytına klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

Klub rəsmisi bildirib ki, Çili Futbol Federasiyası hücumçunun transfer vərəqəsini "Neftçi"yə göndərib və artıq Kanalesin adı UEFA-nın iştirak ərizəsinə daxil edilib.

Beləliklə, sabahkı oyunda baş məşqçinin şans verəcəyi halda təcrübəli hücumçu meydana çıxacaq.

Daha çox


Son xəbərlər