"Özbəkistanla oynayacağımız üçün şadam. Klublarımız hazırlıq zamanı 5-7 yoxlama oyunu keçirir. Ancaq biz daha az oyunda qüvvəmizi sınayırıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts sabah yoldaşlıq oyunu çərçivəsində qarşılaşacaqları Özbəkistanla oyunöncəsi keçirdiyi mətbuat konfransında deyib.
"Qarabağ" və "Neftçi"nin futbolçularının milliyə çağırılmamasına münasibət bildirən almaniyalı mütəxəssis bunları deyib: "Əgər milli komanda bu toplanışda tam heyətlə təmsil olunsaydı, bu, Azərbaycan klublarının avrokuboklarda mübarizəni dayandırması demək olardı. Ancaq Azərbaycan Avroliqada iki klubla təmsil olunur. "Qarabağ" və "Neftçi"nin futbolçuların Avroliqanın qrup mərhələsində oynamaq imkanları var. Hər iki klubun qrup mərhələsinə vəsiqə qazanacağına ümid edirəm".
Foqts "Qarabağ"ın futbolçuları Reynaldo və Riçard Almeydanın milliləşdirilməməsini belə izah edib: "Mənim işim xarici oyunçulara pasport almaq deyil. Bu, AFFA-nın işidir. Qanuna edilən dəyişikliklərə görə həmin futbolçular vətəndaşlıq almaq üçün ən azı 5 il Azərbaycanda yaşamalıdır".
Sentyabrın 3-də Rusiya ilə keçirəcəkləri yoxlama matçına toxunan Foqts bu komandanı "DÇ-2014"ün iştirakçısı olduğu üçün seçdiklərini bildirib: "Avro-2016"nın seçmə mərhələsinin ilk matçında qarşılaşacağımız Bolqarıstana yığmasına uyğun komanda tapmaq çətin idi. Digər Avropa komandaları ilə də oynaya bilərdik. Ancaq "DÇ-2014"ün iştirakçısı ilə qarşılaşmaq istəyirdik. Fabio Kapello mənim dostumdur. Yaxın 3 ildə Rusiya millisi ilə Bakıda da oynamağımızla bağlı razılığa gəldik".
Millimizin çalışdırıcısı komandasının "Avro-2016"dakı hədəflərindən də danışıb: "Komandamdan "Avro-2016"nın pley-off mərhələsinə çıxmağı gözləyirəm. Bunu futbolçular da bilirlər. Dünənki məşqdən razı qalmasam da, məqsədimiz "pley-off"a yüksəlməkdir. Başqa nəticə məni qane edə bilməz. Bunun üçün çox çalışmalıyıq".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi