"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının ikinci turunda öz meydanlarında "Sumqayıt"a uduzduqları oyundan (0:1) sonra Peşəkar Futbol Liqasının əməkdaşının suallarını cavablandırıb. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.
“Məqsədimiz yaxşı komanda olduğumuzu azarkeşlərə göstərmək idi”
“Cari mövsümdə doğma meydançamızda ilk oyunumuza çıxdıq. Məqsədimiz yaxşı bir kollektiv olduğumuzu azarkeşlərə göstərmək idi. Bir həqiqət var ki, biz çox yaxşı komandayıq. Amma ilk iki matçda böyük şanssızlıqlar yaşayırıq. Bütün bunların fonunda qarşıdakı oyunlarla bağlı hər hansı bir həyəcanımız yoxdu. Futbolda belə bir anlayış var ki, ani bir səhv oyunun taleyini həll edir. “Sumqayıt”la oyunda da səhvə yol verdik. Bütün bunlara baxmayaraq, biz qalan vaxt ərzində oyunu çevirmək üçün çox çalışdıq. Lakin bunu bacara bilmədik. Son 2 həftədə 5 xal itirdik. Nəticə qənaətbəxş olmasa da, çox yaxşı oynadığımızı düşünürəm. Ona görə də qarşıdakı oyunlarda uğurlu nəticələr qazanacağıq. “Simurq”la oyunda 3 xalı aktivimizə yazmalıyıq”.
“Problemin ötən ildəki kimi olduğunu demək olmaz”
“Komanda olaraq, çox sayda qol epizodları yaradırıq. Bu, çox önəmli bir məqamdır. Amma qol vurmaq daha önəmlidir. Ötən ildəki problemlə indiki problem eyni deyil. İndi bizim komandamız topla çox yaxşı davranır, topu özündə daha çox saxlayır. Ən böyük problemimiz qol vura bilməməyimizdir. Futbolçularımın lazım olan yerlərdə daha dəqiq oynaması lazımdır. Ümid edirəm ki, onlar bunu bacaracaqlar”.
“Orxan Sadıqlı bu ölkə üçün önəmli bir dəyərdir”
“Biz qapıçı axtarışlarını yekunlaşdırmışıq. Yaxın günlərdə düşərgəyə yeni qapıçı cəlb olunacaq. İndiki məqamda onun kimliyi barədə geniş məlumat vermək istəmirəm. Orxan Sadıqlının səhvlərinə gəldikdə isə deməliyəm ki, gənc qapıçı startda iki şanssız oyun keçirdi. Amma unutmayaq ki, Orxan inkişaf etməkdə olan bir qapıçıdır. Azərbaycan üçün dəyərli bir futbolçudur. Biz ona hər zaman şans verəcəyik. Amma onunla rəqabət üçün təcrübəli, yükü daşıya biləcək bir qolkiper də gətirəcəyik.
“Bizi qınamağa haqları var”
“Son iki həftədə 5 xal itirmişik. Bir komandanın başına ancaq bu qədər şanssızlıq gələ bilər. Sözsüz, nəticədə biz məğlub olmuşuq. Buna görə azarkeşlərin bizi qınamağa haqları var. “Xəzər Lənkəran” kimi komandanın iki oyunda 5 xal itirməyə haqqı yoxdur”.
“Çempionatdakı hər bir komandanı üstələyə bilərik”
“Komandamız Azərbaycan çempionatında istənilən rəqibə qarşı mübarizə apara və qalib gələ bilər. Kimdənsə zəif oynadığımızı demək haqsızlıq olar. Biz istənilən rəqiblə - “Neftçi”, “Qarabağ” və “İnter” kimi komandalarla da başabaş mübarizə aparmağa hazırıq”.
“Tounkara komandamıza geri dönəcək”
“Yay transfer vaxtının bitməsinə qədər bir qapıçı gətirəcəyik. Bundan əlavə Sadio Tounkara da geri dönəcək. Onlar gələcək və biz transfer işlərimizi yekunlaşdıracağıq”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi
Mirbağır İsayevə yeni vəzifə verildi
Azərbaycan çempionatları tarixində 9-cu
Kökçüdən möhtəşəm qol - Video
Laporta 3-cü dəfə “Barselona”nın prezidenti seçildi
Vernidub: “Bu 4 ildə onlar ölkəsi üçün nə ediblər?” - Video
Mahir Emrelinin qolu - Video
"Tottenhem" nəhayət xal qazandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video