Dorinel Munteanu: "Bu barədə komanda ilə söhbət edəcəm"

Dorinel Munteanu: "Bu barədə komanda ilə söhbət edəcəm"
ÖLKƏ FUTBOLU 17 Avqust 2014 / 22:57 3702
-  A +

"Komandamın ünvanına yalnız xoş sözlər deyə bilərəm. Çox çalışdıq, yaxşı oynadıq və qələbə qazandıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Dorinel Munteanu Premyer Liqanın II turu çərçivəsində məğlub etdikləri "Araz Naxçıvan"la görüşdən (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis komandasının ikinci hissədə müdafiəyə çəkilərək hesabı qorumasından gileylənib: "İlk hissənin başlanğıcında rəqibə daha rahat oynamağa imkan verdik. Lakin qol vurduqdan sonra komanda öz oyununu göstərməyə başladı, ikinci qolu da vurub oyunda nöqtəni qoya bilərdik. Təəssüf ki, bunu bacarmadıq. İkinci hissədə hesabı qoruduğumuz üçün müdafiəyə çox çəkildik. Bununla bağlı komanda ilə söhbət edəcəm”. 

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi