Oğuz Çətin: "İki oyuna beş xal itirdik"

Oğuz Çətin: "İki oyuna beş xal itirdik"
ÖLKƏ FUTBOLU 16 Avqust 2014 / 22:31 4754
-  A +

“Öz meydançamızda oynadığımız matçda tək bir məqsədimiz var idi. Qələbə qazanmalı idik, eyni zamanda öz oyunumuzu göstərməli idik. Biz yaxşı bir komandayıq. Məğlub olsaq da, növbəti matçlar üçün həyəcanlı deyilik. Amma futbolda adi bir epizod çox şeyi dəyişir. Öz meydanımızda oyunu çevirə bilməməyimizə üzülürük".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının ikinci turunda "Sumqayıt"la qarşılaşmadan (0:1) sonra deyib.

"İki oyuna beş xal itirdik. “Simurq”la görüşdə bu işə son vermək lazımdır. Biz necə bir komanda olduğumuzu göstərməliyik” - deyə o bildirib.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda