Sxadadze: "Bu, yaxşı nəticədir"

Sxadadze: "Bu, yaxşı nəticədir"
ÖLKƏ FUTBOLU 16 Avqust 2014 / 20:15 3365
-  A +

"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının ikinci turunda "Qarabağ"la bərabərə qaldıqları oyunu (0:0) şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, matçın nəticəsindən razı qaldığını deyib:

“Havanın isti olmasına baxmayaraq, maraqlı oyun oldu. Qol epizodları, mübarizə oldu. Sürətli oyunun olmasına isti hava imkan vermədi. Bizim üçün yaxşı nəticədir. “Qarabağ”a Avroliqada uğurlar arzu edirəm. Ümid edirəm ki, qrup mərhələsinə düşərlər. İki oyunda 4 xal toplamışıq, bu, yaxşı nəticədir. Qarşıdakı görüşlərə baxmalıyıq”.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda